
"Fransanın erməni təəssübkeşliyi ilə həmsədrlik missiyası uyğunsuzluq təşkil edir" - Şərh
12:07 06.02.2019
Arxiv
556
"Fransa preziedenti Emmanuel Makronun erməni təşkilatlarının koordinasiya şurasının hər il keçirilən toplantısında qondarma "erməni genosidi”nin 24 aprel tarrixində anma günü kimi qeyd olunmasını rəsmiləşdirəcəyi barədə çıxışı Fransanın ənənəvi təəsübkeşliyidir”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Ekspert bildirib ki, Fransa qondarma "genosidi” tanıyan ilk ölkədir:

"Türkiyə və Azərbaycana qarşı fəaliyyət göstərən erməni təşkilatlarına ən münbit şəraiti məhz Fransa yaradıb. Ona görə də Makronun belə bir təşəbbüsü heç də gözlənilməz və təəccüblü deyil. 2001-ci ildə Fransa Osmanlı imperiyasının ermənilərə qarşı törədilməsi iddia edilən qondarma "genosidi” tanıyan birinci ölkə olub. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransanın bu cür mövqeyi və açıq erməni təəssübkeşliyi etməsi ilə həmsədrlik missiyası uyğunsuzluq təşkil edir. Münaqişənin həllində vasitəçi ölkənin ilk növbədə tərəfsiz və obyektiv olması lazımdır. Bu məslədə Fransanın obyektiv olmayacağı isə göz qabağındadır. Heç bir tarixi sübutu olmayan bir hadisəni reallıq kimi qələmə verən bir ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutacağı mümkün deyil. Ona görə də Fransanın ATƏT-in həmsədrlik institutundan istefa verməsi məqsədə uyğundur”.
Analitik hesab edir ki, ATƏT-in bu tərkibdə fəaliyyəti arzuolunan nəticəni verməyəcək:
"Bu bəyanatın verilməsi əslində heç bir siyasi əhəmiyyətə malik deyil və bir növ erməni təşkilatlarının istəyi üzərində verilib. Ciddi siyasətçilər çox gözəl anlayırlar ki, qıcıqlandırıcı bəyanatlar və qərarlar üzərindən Ermənistanın gələcək rifahı təmin olunmayacaq. Bir zaman gələcək ki, ermənilər özləri rəsmi olaraq bu iddiadan əl çəkcəklər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq