Füzulidə yük avtomobili yanıb




Füzulidə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun 9 №-li Qayıdış qəsəbəsində "KamAZ" markalı yük avtomobilinin və qoşqusunun yanar hissələri, qoşquya yığılan 15 ton ot bağlamasının 5 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.