Gənc ailələrə MÜJDƏ: "2018-ci ilə qədər sosial evlərin açılış mərasimi olacaq"
11:46 26.12.2016
Arxiv
916
Sosial evlərin tikintisi qısa müddətdə başa çatdırılacaq.
Bunu Sherg.az-a ölkəmizdə sosial evlərin tikintisinin başlanması ilə əlaqədar danışarkən iqtisadçı-ekspert Fuad İbrahimov deyib.
Onun sözlərinə görə, iqtisadi çətinliklər səbəbindən artan mənfi xəbərlərin içərisində belə bir yeniliyin həyata keçirilməsi müsbət addımdır:
"Avropa ölkələrində, o cümlədən qardaş Türkiyədə də bu istiqamətdə iri infrastruktur layihələr aparılıb. Bu səbəbdən düşünürəm ki, təcrübələrdən faydalandıqda layihənin icrasında hər hansı problem olmayacaq. Sosial evlərdən kimlərin istifadə etməsi məsələsinə gəldikdə isə Sovet hakimiyyəti dövründə də bu məsələ tətbiq edilib və müsbət qarşılanırdı. O zamandan qalan nailiyyətlərin və müasir standartları birləşdirməklə lazımi formada prosesin təşkil edilməsi reallaşacaq. İşin həyata keçirilməsində əsasən, maliyyə mənbəyi şəffaf və dayanıqlı olmalıdır. İcrasına başlanan layihənin də maliyyə mənbəyi sağlam formada müəyyənləşib”.
Sosial evlərin 2018-ci ilə qədər hazırlanmasının daha səmərəli olacağını deyən F. İbrahimov onu da əlavə edib ki, layihənin yalnız müsbət tərəfləri olacaq:
" Azərbaycan tikinti sahəsində Azərbaycan qısa müddətdə və keyfiyyətli şəkildə infrastruktur layihələrinin başa çatdırılmasını sübut edib. Ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, olimpiya oyunları zamanı da bunun şahidi olmuşuq. Ona görə, 2018-ci ilə qədər sosial evlərin açılış mərasiminin olacağını gözləyə bilərik”.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində çıxışı zamanı sosial evlərlə bağlı layihədən danışıb. Ölkə başçısı bildirib ki, şərtlər çox güzəştlidir:" Uzunmüddətli ödəmə şərti ilə insanlar yeni mənzillərə köçəcəklər”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya