Gəncədə yeni doğulan körpə öldü





Gəncə şəhərində yeni dünyaya gələn körpə ölüb.
Report-un məlumatına görə, Göygöl rayonunun 1998-ci il təvəllüdıü Quşqara kənd sakini Məmmədova Nuranə Nurəli qızı yerli xəstəxanaların birində qız uşağı dünyaya gətirib.
Lakin körpə doğuşdan sonra hələlik bilinməyən səbəbdən dünyasını dəyişib.
N.Məmmədovanın vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.