“Amma bir qəbirdə üst-üstə iki və daha artıq insan dəfn edilə bilməz. Ailə məzarlığı başqa məsələdir”
Gərək 100 il keçə...
01:39 05.12.2017
Arxiv
652
Bir məzar yerində başqa bir insanı dəfn etməyə şəriət izn verir
“Amma bir qəbirdə üst-üstə iki və daha artıq insan dəfn edilə bilməz. Ailə məzarlığı başqa məsələdir”
“Amma bir qəbirdə üst-üstə iki və daha artıq insan dəfn edilə bilməz. Ailə məzarlığı başqa məsələdir”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı KİV-ə açıqlamasında paytaxtda yeni qəbiristanlıqların salınacağının anonsunu verib. Komitə sədri yeni qəbiristanlıqlar salınması zərurətinin köhnə məzarlıqlarda boş yerlərin qalmaması ilə əlaqələndirib.
Komitə sədrinin açıqlaması təəccüblü sayılmaz. Məzarlıqlarımızın durumu bəllidir. Nəhəng baş daşları, məzarüstü abidələr, sərdabələr, "naves”li qəbirlər olan yerdə boş torpaq sahəsinin qəhətə çıxması təbii haldır. Amma bu da məlumdur ki, artıq bir neçə ildir qəbiristanlıqlar və məzarlarla bağlı yeni standartlar hazırlanır və bununla bağlı da qanun qəbul olunması gözlənilir. Yeni qanunda qəbirlərin standart ölçüləri əksini tapmalıdır. Qanun qəbul olunduqdan sonra qəbirlər üzərində dəbdəbəli başdaşları qoymaq, sərdabələr tikdirmək, qəbir yerlərini əvvəlcədən hasara alıb, necə deyərlər, qara gün üçün bəri başdan hazırlıq görmək mümkün olmayacaq. Qanunun müsbət (bəlkə də mənfi), cəhəti budur ki, yeni dəyişikliklər köhnə qəbirlərə şamil edilməyəcək. Yəni, köhnə ölülər "narahat edilməyəcək”. Kefli İsgəndər demiş: "ölülər, necə yatmısınızsa, elə də yatın...”. Bəzi dindən xəbərsizləri bu xəbər hətta sevindirib də. Sevinirlər ki, dədə-babalarına ucaltdıqları abidələr, baş daşları sökülməyəcək, dağılmayacaq. Vay sonradan gələnin (əslində gedənin - red) halına. Belə olan halda qəbiristanlıqların yaxın zamanda dolacağı və boş məzar yeri tapmağın müşkülə çevriləcəyi də bəllidir. Odur ki, komitə sədrinin yeni qəbiristanlıq salınması ilə bağlı açıqlamasını da ciddiyə almaq lazımdır.
Amma bir məsələ də açıq qalır. Bəs illər öncə, ötən əsrdə dəfn edilmiş və məzar yeri artıq itmək üzrə olan köhnə qəbirlərin yerində yeni məzar yeri düzəltməyə və başqa bir insanı dəfn etməyə dinimiz icazə verirmi? Sıxlıq problemi aradan qalxsın deyə.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli "Şərq”ə açıqlamasında vəfat etmiş bir insanın məzarında digər insanın dəfn olunmasına şəriətin izn verdiyini bildirdi:
- Buna dinimiz icazə verir, bir şərtlə ki, həmin məzardakı insanın bədənindən artıq heç bir əsər-əlamət qalmamış olsun. Basdırılmış bədən tamamilə itib-getməlidir, insanın sümükləri də çürümüş olmalıdır. Deyək ki, ötən əsrlərdə, 100 il öncə basdırılmış insanın bədənindən hansısa əlamətin qalması mümkün görünmür. Belə olan halda o məzar yerində başqa bir insanı dəfn etməyə şəriətdə izn var. Amma bir qəbirdə üst-üstə iki və daha artıq insan dəfn edilə bilməz. Ailə məzarlığı başqa məsələdir. Müəyyən ölçüdə məzar yeri götürülür və orada bir ailənin bir neçə üzvü dəfn edilir. Mümkündür ki, burada bir başdaşı olsun və orada dəfn edilənlərin adları yazılsın.
Lakin bu, bir məzar yeri anlamına gəlməz. Məzarlar ayrı-ayrılıqda qazılır, sadəcə, ailə, bir nəsil olduğunu diqqətə çatdırmaq üçün ümumi başdaşı qoyulur. Dinimizin qaydası budur ki, məzar yeri zaman keçdikcə itməlidir, məzar torpağa qarışmalıdır. Bunun bir səbəbi də məhz sonradan vəfat edənlər üçün məzar yeri imkanının yaranmasıdır. İslam dini dəbdəbəli məzarlıqları qəbul etmir, buna qarşıdır. Necə ki, islamı qəbul etmiş, Allaha qul olmağı qəbul etmiş, özünü Allah bəndəsi hesab edən müsəlman həyatını sadə, təvazökar keçirməlidir, eləcə də vəfat etdikdən sonra onun doğmaları, yaxınları dəfn edilən insanın müsəlmanlığını təsdiq edən bir məzar daşı qoymalıdırlar.
Sadə, dəbdəbədən uzaq. Çox təqdirəlayiqdir ki, məzarlıqlarla bağlı qanunvericilikdə dəyişiklik edilməsi gözlənilir. Məzar daşları ilə bağlı standartların qəbul edilməsi çox müsbət haldır. Müsəlmana məzarlıqları şan-şöhrət, iftixar yerinə çevirmək yaraşmaz.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə