"Gərək, özümüz təmiz olaq ki, ərəblər də baxıb, ibrət götürsün !"
08:32 02.07.2018
Arxiv
591
"Azərbaycana gələn ərəb turistlərin davranışlarını tənqid etdikdə, azərbaycanlıların Türkiyə, Rusiya və digər ölkələrdə onlara yad olan, amma bizim şahidi olduğumuz formada əylənmələri, kef çəkmələrini yada salmalıyıq”.
Bunu "Sherg.az”a ərəb turistin Azərbaycanda hovuzu murdarlaması barədə danışarkən kulturoloq Aydın Xan Əbilov deyib. Onun fikrincə, turizm sektoru əyləncə sahəsidir və burada xoşagəlməz hadisələr tez-tez baş verir:
"Biz hansısa bir ərəbin problemini qabardıb, bunu bütün turistlərə yükləsək, bir müddət sonra nəinki ərəblər, heç özümüz də daxili turizmin xidmətlərindən istifadə etməyəcəyik. Ona görə, bunun qəti əleyhinəyəm. Turizm əyləncədir. Öz toplumunun içərisində edə bilmədiyin şəkildə başqa ölkələrdə əylənmək üçün vasitədir. Ərəb turistlər bahalı qiymətə beşulduzlu otellərdə istirahət edir, pullarını burada xərcləyir. Onların bizə verdiyi iqtisadi xeyri, yeni yaradılan iş yerlərini yaddan çıxarıb, hansısa ədəbsiz ərəbin nalayiq əməlini qabardırıq. Məhz ona görə, bir müddət turizm bum yaşadı, sonradan nisbətən zəiflədi.
Xaricdən gələn əcnəbi turist azərbaycanlı deyil. Onun mentaliteti, davranış tərzi, hadisələrə münasibəti bizim kimi ola bilməz. Eləcə də hər xalqın nümayəndəsi öz yaşam tərzinə uyğun addım atacaq. O bizik ki, harasa gedən kimi türk dilində, rus dilində danışmağa başlayırıq”.
Ərəb turistin səfirliyinə müraciət etməsinə gəlincə, A.Əbilov vurğulayıb ki, hər bir ölkədə vətəndaşın başına gələn problemin həlli həmin ölkələrdəki səfirlik vasitəsilə həll olunur:
"Yenə deyirəm, biz ərəbləri, digər turistləri sıxışdırsaq, Azərbaycana kim gələcək? Avropalı turistlər bahalı restoranlara, beşulduzlu lüks otellərə çox az hallarda gəlirlər. Ölkəmizdə çox pul xərcləyən ərəblərə necə münasibət göstəririksə, onlar da öz ölkələrində münasibətimizə uyğun reklam edirlər.
Dəfələrlə azərbaycanlıların hovuzlarda, istirahət mərkəzlərində öz nəcislərini qoyduğunun, istirahət etdikləri yerləri çirkləndirdiklərinin şahidi olmuşuq. Çimərliklərin, istirahət zonalarının vəziyyəti necədir, onu çox yaxşı bilirik. Məgər, indiyə qədər ərəb turistlərmi ölkəmizi, ətrafımızı çirkləndirirdi? "Gərək, özümüz təmiz olaq ki, ərəblər də baxıb, ibrət götürər"
Bir müddət əvvəl ərəblərin bahalı maşını icarəyə götürüb, zibilləyərək qaytarmasına qarşı kampaniya başladılmışdı. Amma əslində burada bir məqam da var idi ki, ərəb zibili küçəyə, yola atmır. Kirayə götürdüyü, külli miqdarda pul ödədiyi avtomobilin içərisinə atır ki, onsuz da bu maşını təmizləyib, yuyacaqlar. Bəzən ərəblərin, digər şərq turistlərinin də bizə sivil dərs keçməsinin xeyri var. Ona görə, geniş mənada düşünsək, günah bizim özümüzdə də var, tək xarici turistlərdə deyil”.
Qeyd edək ki, Şəkidə yerləşən Marxal Resort & SPA mərkəzində ərəb turist hovuzu nəcislə çirkləndirdiyinə görə, 500 manat cərimələnib.Daha sonra Bakıya gələn turist Səudiyyə Ərəbistanın ölkəmizdəki səfirliyinə şikayət edib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi