"Gərgin anlarda televiziyalar əhalini maarifləndirmirlər, şou-proqramlar yayımlayırlar"
14:31 04.07.2018
Arxiv
572
"İnsanlarda panikaya səbəb olacaq, cəmiyyətdə gərginlik yaradacaq və dezinformasiyaların artmasına gətirib çıxaracaq şərait yaranmamalı idi”.
Bunu "Sherg.az”a sosioloq, professor Əhməd Qəşəmoğlu söyləyib. Onun sözlərinə görə, enerji sahəsinə cavabdeh qurumlar şəbəkəni elə qurmalı idi ki, ölkənin bir hissəsində elektrik dayandıqda digər bölgələrdə elektrik saxlansın:
"Vəziyyət elə olmalı idi ki, insanlar bu dərəcədə pis vəziyyətə düşməsin. Maraqlısı budur ki, müvafiq qurumlar əhaliyə elektrik enerjisinə qənaət etmələrini məsləhət görüblər. Amma belə təhlükə var idisə, əvvəldən xəbərdarlıq edilməli idi.
İstənilən halda cəmiyyətdə gərginlik yarada biləcək, yaranmış vəziyyətdən öz məqsədləri üçün istifadə edəcək qüvvələr olur. Əsas problem sosial şəbəkələrdə insanların ürəyi nə istəyir, onu yaza bilməsidir. Bu sahədə böyük fəaliyyət göstərilməli, yeni mexanizmlər yaradılmalı, maarifləndirmə daim aparılmalıdır. Dezinformasiyaların qarşısının tam alınması mümkün deyil. Maraqlı qüvvələr hər zaman adi problemdən istifadə edib, öz məqsədlərini həyata keçirəcəklər. Çalışmaq lazımdır belə situasiya yaranmasın.
Paralel olaraq, tənqidlər səsləndirmək lazımdır ki, mətbuatda və sosial şəbəkələrdə dezinformasiya yaymaqla insanların psixologiyasına mənfi təsir edirlər. Bunu insanlara aşılmaq lazımdır. Halbuki maarifləndirmə aparmalı olan təsisatlar – məsələn, televiziyalar bütün gün şou-proqramlar yayımlamaqla məşğuldur. Belə vacib problemlərlə bağlı əhalini maarifləndirmirlər. Sosial şəbəkədən istifadə mədəniyyəti, məlumatların çatdırılması tərzi və s. istiqamətdə elmi əsaslarla fəaliyyət proqramları hazırlanmalı və həyata keçirməlidirlər”.
Ani baş verən hadisələr zamanı cəmiyyətdə yaradılan gərginliyin xaricdən süni şəkildə idarə olunması iddialarına gəlincə, Ə.Qəşəmoğlu vurğulayıb ki, belə hallar mümkündür:
"Qeyd etdiyim kimi, həm ölkənin daxilində, həm də xaricdə yaranmış vəziyyətdən istifadə edən qüvvələr olur. Bu, tək Azərbaycana aid deyil. İnkişaf etmiş dövlətlərdə belə analoji hallar yaşanır. Ona görə, situasiya elə qurulmalıdır ki, pozuculuq yaratmaq istəyən qüvvələrin əlində əsas olmasın”.
Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 6-cı enerji blokunda partlayış baş verib və yanğın olub. Bundan sonra paytaxtda və ölkənin əksər rayonlarında elektrik enerjisinin verilməsi dayandırılıb. Vəziyyət bərpa olunsa da, elektrik enerjisinə bağlı olan paytaxtın su təchizatında və "Bakı Metropoliteni”nin fəaliyyətində fasilələr yaranıb. Nəticədə ötən gündən etibarən mətbuatda və sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilir, əsası olmayan iddialar ortaya atılır. Bütün bu proseslər cəmiyyətdə bir qədər gərginlik yaranmasına gətirib çıxarıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat