
“...Girovların dəyişdirilməsi məsələsi müzakirə olunur” - Hüquq müdafiəçisi
12:58 11.04.2019
Arxiv
617
"Girovlarla bağlı məsələnin gündəmdə saxlanması, mütəmadi informasiyaların yayılması ümumi baxımdan yaxşı prosesdir”.
Bunu "Sherg.az”a hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.
S.Bənənyarlı bildirib ki, proseslə əsasən Beynəlxalq Qızıl Xaç Komitəsi məşğul olur və girovların ailəsi ilə əlaqə saxlayırlar:

"Bilirsiz ki, zaman-zaman girovların dəyişdirilməsi məsələsi müzakirə olunur. Ancaq bu məsələ yüksək diplomatik danışıqlar müstəvisində və Komitə tərəfindən reallaşdırıla bilər. Bizim edə biləcəyimiz isə prosesi daim diqqət mərkəzində saxlamaqdır. Əgər girovların qarşılıqlı dəyişdirilməsi baş tutsaydı, çox gözəl olardı. O zaman təkcə Şahbaz Quliyevin deyil, Dilqəm Əsgərovun da taleyi müsbət həll olunardı”.
Qeyd edək ki, Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin video-görüntüləri ötən gün ailəsinə təqdim olunub. Bu barədə girovun qardaşı İlham Quliyev məlumat verib. Bildirib ki, Şahbazın yeni görüntüləri onlara 15 gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri tərəfindən göstərilib: "Şahbazın videosunu görəndən bəri özümüzə gələ bilmirik. İstəyirik, xalqımız onun nə vəziyyətdə saxlanıldığını görsün, halına acısın. Videoya baxanda ürəyimiz qan ağladı. Qardaşım yaman günə qalıb”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət