Gömrükçülər külli miqdarda qanunsuz dərman preparatları müsadirə edib
13:39 01.12.2018
Arxiv
483
Qərb Ərazi Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin və realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, daxil olan məlumat əsasında Türkiyədən "Mersedes Benz 2528” markalı, 01 CB 168/01 ZA 568 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla ölkə ərazisinə dərman preparatlarının gətiriləcəyi, Qazax rayonu ərazisində digər nəqliyyat vasitələrinə boşaldılaraq realizə ediləcəyi müəyyən edilib.
Əməliyyat qrupu tərəfindən həmin nəqliyyat vasitəsi nəzarətə götürülüb və "Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə daxil olduqdan sonra Qazax rayonunun Çaylı kəndi ərazisində yerləşən dayanacaqda bir qrup şəxs tərəfindən gözlənildiyi, eyni zamanda dərman preparatlarının daşınması üçün əvvəlcədən "DAF TE47MS” markalı, 90 DF 262/99 ZA 866 dövlət nömrə nişanlı avtomobilin əraziyə gətirildiyi, bundan başqa ərazidə "Opel-Zafira” markalı, 99 LV 826 dövlət nömrə nişanlı və "QAZ-3302” markalı, 85 BE 759 dövlət nömrəli nişanlı nəqliyyat vasitələrinin dayandığı müəyyən edilib.
Tükiyə Respublikasından gələn "Mersedes Benz 2528” markalı nəqliyyat vasitəsindəki dərman preparatlarının "DAF TE47MS” markalı nəqliyyat vasitəsinə boşaldılması zamanı əməliyyat qrupu prosesə müdaxilə edib və ərazidəki şübhəli bilinən və yuxarıda qeyd edilən nəqliyyat vasitələri saxlanılaraq Tovuz Gömrük Postunun inzibati binasının həyətinə gətirilib. Gömrük baxışı zamanı "Mersedes Benz 2528” markalı nəqliyyat vasitəsinin yük yerindəki qutular boşaldılıb və həmin qutularda mal müşayiət sənədlərində göstərilməyən 419 adda, ümumi sayı 883 min 988 qutu dərman preparatları və mal müşayiət sənədlərində göstərilən 5 adda, ümumilikdə 537 qutu tibbi ləvazimat aşkar edilib.
Eyni zamanda "DAF TE47MS” və "QAZ-3302” markalı avtomobillərə keçirilən gömrük baxışı zamanı isə dərman qutularının yerinə qoyulması məqsədilə gətirilən və 72 qutuda qablaşdırılan 3adda, ümumilikdə 20 800 ədəd tibbi ləvazimat aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat
Avropa İttifaqı Ermənistana Rusiya ilə bağlı iki tələb irəli sürdü
09:27 04.09.2026
Gündəm
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
09:17 04.09.2026
Gündəm