Gürcülər Bakıda soyğunçuluq etdilər




Soyğunçuluqda şübhəli bilinən paytaxt sakini Nika Kaxaberidze və Gürcüstan vətəndaşı Levan Siloqava tutulublar.

"Sherg.az"ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, oktyabrın 5-də paytaxtın Nizami rayonu ərazisində yerləşən bazarda 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Vahid Əliyevin içərisində 86 manat və bankomat kartı olan pulqabısını soyğunçuluq yolu ilə alıb.
Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Nika Kaxaberidze və Gürcüstan vətəndaşı Levan Siloqava tutulublar.