Gürcüstan-Rusiya sərhədində böyük tıxac yaranıb
22:09 03.07.2018
Arxiv
426
Gürcüstan-Rusiya sərhədindəki "Yuxarı Lars” nəzarət buraxılış məntəqəsində 2 minədək yük avtomobili dayanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Nəzarəti Departamenti məlumat yayıb.
Məlumatda bildirilir ki, yük avtomobillərinin böyük əksəriyyəti Ermənistana məxsusdur. Bununla yanaşı, sərhəd keçid məntəqəsində Azərbaycan, Türkiyə, Ukrayna və İrana gedən yük avtomobilləri də var.
Departamentin məlumatına görə, sərhəd keçid məntəqəsində məhdudiyyətlər Rusiya tərəfindən tətbiq edilir. Məntəqədə 24 saat ərzində 500 yük maşını buraxıla bilər. Lakin təqribən 250 maşın buraxılır. Rusiya tərəfi əsasən minik avtomobillərinə xidmət göstərir. Bu da müəyyən problemlər, tıxaclar yaradıb.
Yük avtomobillərində əsasən kənd təsərrüfatı və ərzaq məhsulları var.
Hazırda məntəqədə avtomobillərin buraxılışının sürətləndirilməsi ilə əlaqədar Rusiya tərəfi ilə danışıqlar aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat