
Gürcüstanda azərbaycanlılar gürcü dilini öyrənir
09:08 04.06.2019
Arxiv
943
Zəlimxan Məmmədli bu istiqamətdə ötən 10 il ərzində ciddi fərq olduğunu deyib“Gürcüstan universitetlərində 3 minə yaxın azərbaycanlı təhsil alır. Deməli, 3 min potensial gürcü dilini bilən soydaşımız var"
"Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin mükəmməl vətəndaşı olmaları üçün dövlət dilini bilməlidirlər”. Bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə keçirilən "Vətəndaş inteqrasiyası və insan kapitalının inkişafı üçün dövlət dili” adlı konfransda çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, gürcü dili milli azlıqların doğma dili kimi və inteqrasiya üçün əsas element olmalıdır: "Gürcüstan tolerant ölkədir və burada milli azlıqların adət-ənənələri, mədəniyyəti və dili qorunur. Milli azlıq nümayəndələri yalnız yığcam yaşadıqları bölgənin deyil, Gürcüstanın mükəmməl vətəndaşları olmalıdırlar”.
Qonşu ölkə rəhbərinin gündəmə daşıdığı məsələ ilə bağlı "Şərq”ə danışan "Borçalı" İctimai Birliyinin rəhbəri Zəlimxan Məmmədli bu istiqamətdə ötən 10 il ərzində ciddi fərq olduğunu deyib:

"Gürcüstan universitetlərində 3 minə yaxın azərbaycanlı təhsil alır. Deməli, 3 min potensial gürcü dilini bilən soydaşımız var. Əgər gürcü dilini bilən azərbaycanlı axtarırlarsa, elə bir problem olmamalıdır. Təbii ki, ilk növbədə gürcü dilini, dövlətçiliyini və bayrağını sevdirmək lazımdır. Bir müddət əvvəl dövlət naziri "bir şeyi sevdirsən, həm sənin olar, həm də onun olar” devizi irəli sürmüşdü.
Bu, doğru yanaşma idi. Ancaq son günlər gürcü tərəfi Keşikçi Dağ Məbədi və bir sıra toponimlər məsələsini ortaya atıb. Belə hadisələr hər zaman insanları müəyyən mənada milli dövlətçilikdən uzaqlaşdırır. Soydaşlarımız dayanıqlı, təhlükəsiz və diskriminasiyasız yaşam istəyirlər. Toponimlərinin dəyişdirilməməsini, etnik kimliklərinə görə sıxışdırılmamasını tələb edirlər.
Dövlət bütün bunların hamısını təmin etməlidir ki, vətəndaş da ölkə qanunvericiliyində nəzərdə tutulan şərtləri yerinə yetirsin. Bu sahədə yeni proqramlar da tətbiq edilə bilər. Biz həmişə bunun tərəfdarı olmuşuq. "Borçalı" Cəmiyyəti dəfələrlə vurğulayıb ki, Gürcüstanın rəsmi qurumları soydaşlarımızın gürcü dilini öyrənməsi üçün daha səmərəli və rasional dövlət proqramları hazırlamalıdır”.
Birlik sədri soydaşlarımızın gürcü dilini öyrənməsində hansısa təhlükə olmadığını da vurğulayıb: "Nə qədər istəsək ki, soydaşlarımızın gürcü dili vecinə olmasın, bu, mümkün deyil. Soydaşlarımız yaşadıqları dövlət üçün çalışmalıdırlar. Bu, qətiyyən milli dəyərlərdən uzaqlaşmaq kimi başa düşülməməlidir. Son zamanlar Gürcüstan tərəfindən verilən ehtiyatsız bəyanatlar soydaşlarımızı düşündürür. İlk növbədə bunlar aradan qaldırılmalıdır.
Yəqin ki, yaxın vaxtlarda böyük tədbirimiz olacaq. Tədbirdə "Azərbaycanın Gürcüstana yönəlik siyasi və strateji düşüncəsində nələr icra olunmalıdır” çərçivəsində bir sənədin qəbul olunması nəzərdə tutulur. Bu sənəddə bir çox mühüm məsələlər, mövcud problemlər əksini tapacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nadir hadisə: Saturn adi gözlə görünəcək
21:49 04.10.2026
Maraqlı
İranın neft naziri istefa verib
21:35 04.10.2026
Region
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
21:22 04.10.2026
Dünya
Ardıcıl 3 zəlzələ: Naci Görürdən kritik xəbərdarlıq - “Yaxınlaşır”
20:34 04.10.2026
Hadisə
2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar
20:19 04.10.2026
Gündəm
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
20:04 04.10.2026
Dünya
Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaradıb
19:47 04.10.2026
Dünya
Tasnim: İran İraqla hava əlaqəsini bərpa edib
19:33 04.10.2026
Dünya
Millətlər Liqası: Azərbaycan Litvanı Bakıda məğlub etdi
19:07 04.10.2026
Futbol
Əhməd Yusifov dünya çempionu oldu
19:07 04.10.2026
İdman
Braziliyada seçki mübarizəsi gərginləşib
19:05 04.10.2026
Dünya
Bakıda mənzildə meyit tapılıb
18:37 04.10.2026
Hadisə
Gonca Cilasun rol üçün 8 kilo arıqladı
18:31 04.10.2026
Mədəniyyət
Gəncədə iki nəfər zəhərlənib
18:19 04.10.2026
Hadisə
Sentyabr ayında Yerdə iki yeni ada yaranıb
18:14 04.10.2026
Maraqlı
Saytı dünyada ən çox ziyarət edilən futbol klubu AÇIQLANDI
18:04 04.10.2026
Futbol