Gürcüstanda azərbaycanlıların vurulmasının təfərrüatı məlum oldu
07:40 10.01.2019
Arxiv
563
Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşınının törətdiyi qəza nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycanın Gürcüstandakı Səfirliyinin konsulluq məsələləri üzrə birinci katibi Elçin Məmmədov deyib.
Gürcüstanda üç terrorçunun cəsədindən xilas ola bilmirlər
Onun sözlərinə görə hadisə ilə bağlı səfirlik nümayəndələri araşdırma aparıb, hadisə yerində olublar: "Şəxsən özüm hadisə yerində olub, xəsarət alanlarla görüşmüşəm. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölən və xəsarət alanlar Gürcüstan vətəndaşlarıdır. Yəni Azərbaycan əsilli Gürcüstan vətəndaşlarıdır. Dünyasını dəyişən şəxs Bolnisi rayon sakinidir. Mərhumun dəfn mərasimi sabah olacaq. Yaralananlar isə Bolnisi və Marneuli rayon sakinləridir. Mətbuatda həmin şəxslərin Azərbaycan vətəndaşları olması barədə yanlış məlumat verilib. Hadisə ilə bağlı bütün məsələlər nəzarətimizdədir. Hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyində oldum və məsələ ilə Azərbaycan tərəfinin maraqlandığını bildirdim. Biz hadisəni törədən şəxsin qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını diqqətdə saxlayacağıq".
E.Məmmədov bildirib ki, hadisə təcili tibbi yardım avtomobilinin sürücüsünün yuxulu olması nəticəsində baş verib: "11 nəfər Azərbaycan əsilli Gürcüstan vətəndaşı bu gün səhər saat 07:50-də işlədikləri tikinti şirkətinə daxil olarkən təcili yardım avtomobilinin sürücüsü sükan arxasında yatdığından avtomobili həmin şəxslərin üstünə sürüb. Hadisə nəticəsində 1 soydaşımız dünyasını dəyişib, 10 nəfər ağır xəsarət alıb".
Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual