Gürcüstanda erməni deputatın toxunulmazlığının ləğvi tələb olunur
09:39 31.10.2018
Arxiv
561
Gürcüstan prezidentliyinə namizəd Qriqol Vaşadzenin seçki qərargahı erməni əsilli deputat Enzel Mkoyanın toxunulmazlığının ləğv olunmasını tələb edir.
"Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə "Güc birlikdədir” siyasi birliyinin nümayəndəsi Giorgi Vaşadze bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, ötən gün gecə saatlarında Axalkalaki şəhərində baş vermiş insidentə polis tərəfindən adekvat reaksiya verilməyib: "Axalkalakidəki ofisimizə Gürcü Arzusu Partiyasının üzvü Enzel Mkoyanın adamları soxularaq tərəfdaşlarımızı döyüblər. Həmin adamlar odlu silah və dəyənəklərlə olublar. Enzel Mkoyanın deputat toxunulmazlığı dayandırılmalı və o, mütəşəkkil cinayətkar qrupun başçısı kimi istintaqa cəlb olunmalıdır”.
G.Vaşadze deyib ki, birləşmiş müxalifət seçki öncəsi insidentlərin araşdırılması üçün alternativ istintaq qrupu yaradır.
Qeyd edək ki, ötən gün "Güc birlikdədir” müxalif siyasi birliyinin Axalkalakidəki ofisində baş vermiş insident zamanı təşkilatın 4 üzvü döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Müxalifətçilərin döyülməsinə onların müstəqil namizəd Salome Zurabişvilinin plakatlarını cırmalarının səbəb olduğu bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı xuliqanlıq maddəsi üzrə cinayət işi açıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya