Gürcüstandakı soydaşlarımızın radiasiya təşvişi: Faxralı sakinləri etiraz edir
15:13 29.05.2021
Arxiv
500
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Faxralı (Talaveri) kəndinin sakinləri yerli mobil operatorların birindən narazıdır.
Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat veriblər.
Bildirilib ki, yerli mobil rabitə operatorlarından birinin 5G dalğalarını ötürmək üçün istifadə etdiyi baza stansiyasını kəndin içində, yaşayış məntəqələrinə yaxın ərazidə yerləşdirməsi sakinlərin narazılığına səbəb olub.
Sakinlər qeyd edib ki, şirkət nümayəndələri qanunla yaşayış məntəqəsindən 20 km məsafədə quraşdırılmalı olan antenaları evlərin yaxınlığında basdırmaq istəyiblər və buna görə də yerli əhali ilə onların arasında mübahisə yaranıb.
Onlar bildiriblər ki, radiasiya təhlükəsi səbəbindən antenaların qurulmasına icazə vermək istəmirlər.
Bu səbəbdən baza stansiyasının qurulması üçün hazırlıq görülən ərazidə sakinlər etiraz aksiyasına çıxıblar.
Məsələ ilə bağlı rayon rəhbərliyi və kənd nümayəndəliyindən bildiriblər ki, onların belə bir təşəbbüsdən xəbərləri yoxdur. Qeyd olunub ki, məsələ dövlətin nəzarətində deyil, özəl şirkət kəndin kənarında yer icarəyə götürüb və ondan istifadə edir.
Kənd sakinləri həmçinin vurğulayıblar ki, yaranan münaqişə zamanı əraziyə cəlb olunmuş polislər isə asayişi təmin etmək əvəzinə, yerli əhalini qorxutmaq, iğtişaşlar yaratmamaq barədə xəbərdarlıq etməklə məşğul olurlar.
Qeyd olunub ki, artıq üç dəfə sözügedən şirkətin nümayəndələri ərazidə tikinti eləmək istəsələr də, kənd əhalisinin israrlı etirazından sonra işlərini yarımçıq qoyub gediblər. Məsələ isə hələlik açıq qalır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat