Gürcüstanın katolikos-patriarxı ölkə vətəndaşlarını birliyə dəvət edib
20:07 07.01.2019
Arxiv
587
Gürcüstanda İsa peyğəmbərin mövlud günü - Milad bayramı münasibətilə Tbilisidəki Müqəddəs Troitsa (Üçlük) kilsəsində katolikos-patriarx II İlyanın ənənəvi müraciəti oxunub.
AZƏRTAC xəbər verir ki, patriarx Milad bayramı və Yeni il münasibətilə insanları təbrik edib, Gürcüstana və dünyaya sülh arzulayıb.
II İlya Gürcüstanda yaşayan milli azlıqları da Yeni il və Milad bayramı münasibətilə təbrik edib.
Patriarx, eyni zamanda, Gürcüstanda yaşayan azərbaycanlılara, abxazlara, osetinlərə, yunanlara, ukraynalı, rus, erməni, yəhudi, udin, yezid, kürd, inquş, çərkəz, çeçen və leklərə müraciət edərək onları vahid Gürcüstan naminə birliyə çağırıb.
Onun sözlərinə görə, gürcü xalqı qorxu və ümidsizlik içindədir. "Buna baxmayaraq, təslim olmamalıyıq. Bizi nə artmaqda olan satqınlıq, təhlükə, nə paxıllıq və yalan sarsıtmamalıdır... Biz mövcud reallığı inamımızın böyük sınağı kimi qəbul etməliyik və bizi narahat edən hallara qarşı birlikdə mübarizə aparmalıyıq”, – deyə patriarx vurğulayıb.
Qeyd edək ki, yanvarın 7-də Gürcüstanda Milad bayramı keçirilib. Milad bayramı ilə əlaqədar olaraq Tbilisidə ənənəvi "Alilo” yürüşü təşkil olunub. Yürüş müqəddəs Troitsa kilsəsində başa çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm