Psixoloq Azad İsazadənin sözlərinə görə, hadisə araşdırılmalı və problemin kökü aşkarlanmalıdır. Ancaq istənilən halda bu hadisə faciəvidir. İki insan arasındakı münasibətlərə ailələr daxil edilməməlidir. Ailə başçısının günahı nə olur-olsun həmin şəxs problemini onunla həll etməli idi. Ailənin günahı var? Hesab edirəm ki, onun bu əməlinin heç bir məntiqli açıqlaması ola bilməz:
Hacıqabulda dəhşətli gecə...
Hacıqabul rayonunda dəhşətli cinayət hadisəsi baş verib.
Hadisə Bayram İbrahimov küçəsində qeydə alınıb. Baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb. Ölənlərdən 4-ü bir ailənin üzvü olub. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır. Ailə üzvlərindən biri - Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir.
İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. M.Qəmbərov vaxtaşırı həmyerlisini döyürmüş. Xeyli vaxt keçəndən sonra Hacıqabula qayıdan tanışların münasibəti qaydasına düşməyib və Məhəmmədin onun haqqında nalayiq söhbətlər etdiyini eşidən Mübariz tüfənglə onun evinə gələrək güllələmək istəyib. Bildirilib ki, Məhəmməd Qəmbərov dərhal evi tərk edərək uzaqlaşıb. Məhəmmədin arxasınca atəş açan və onu yaralayan M.Mehdiyev daha sonra onun ailə üzvlərini qətlə yetirib.
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi qətliamla bağlı birgə məlumat yayıb. Məlumatda bildirilib ki, iyulun 31-də saat 06 radələrində Hacıqabul şəhər sakinləri Nazim, Gülbadam, Bibilə və Namiq Qəmbərovların yaşadıqları evdə odlu silahla qətlə yetirilmələri, ailənin digər üzvü Məmməd Qəmbərovun isə ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olması və Mübariz Mehtiyevin odlu silahdan atəş açaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib. Oradan cinayətin aləti olan ov tüfəngi və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülmüş və zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırmalarla əvvəllər məhkum olunmuş M.Mehtiyevin şəxsi münasibətlər zəminində M.Qəmbərovdan qisas almaq niyyətilə onun yaşadığı evə gələrək qoşalüləli ov tüfəngindən atəş açaraq sonuncunu qəsdən öldürməyə cəhd etməsi və ailə üzvlərini qəsdən öldürməsi, sonra isə özünə atəş açaraq intihar etməsi müəyyənləşdirilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Baş vermiş xüsusilə ağır cinayətin geniş ictimai rezonans doğurduğunu nəzərə alaraq cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb. Hazırda iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmaqla zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Psixoloq Azad İsazadənin sözlərinə görə, hadisə araşdırılmalı və problemin kökü aşkarlanmalıdır. Ancaq istənilən halda bu hadisə faciəvidir. İki insan arasındakı münasibətlərə ailələr daxil edilməməlidir. Ailə başçısının günahı nə olur-olsun həmin şəxs problemini onunla həll etməli idi. Ailənin günahı var? Hesab edirəm ki, onun bu əməlinin heç bir məntiqli açıqlaması ola bilməz: "Zaman-zaman insanların çoxu belə konfliktli situasiyalara düşürlər. Amma heç də hamı qadına qarşı amansızlıq etmir. Əgər bir insan bütün bunları gözə alıb hadisə törədirsə və düşdüyü vəziyyətdə özünü idarə edə bilmirsə, bu, konkret olaraq həmin insanda psixoloji və psixiatrik problemin olmasını göstərir”.
Psixoloqun sözlərinə görə, baş verən hadisə cəmiyyətdə aqressiyanın artıq təhlükəli hal almasının sübutudur. Aqressivliyin əsas səbəbləri məişət şəraitinin ağır olmasına, iqtidasi çətinliklər, dünyada gedən proseslər, iqlim dəyişkənliyi və s. aid etmək olar:
"Fikir verirsinizsə, bu cür kütləvi qətl hadisələri, silahlı insidentlərin arxasında hər zaman Rusiya faktoru dayanır. Orada işləməyə gedən insanlar artıq Rusiyadakı kriminal mühitin təsirinə düşürlər. Rusiyada da insan həyatının qiyməti o qədər ucuzlaşıb ki, bizim üçün dəhşətli görünən hadisələrə artıq onlar adi baxır. Bizim insanlar da bir növ həmin psixologiyanı mənimsəyirlər və onlar üçün adam öldürmək adiləşir. İnsanların bədənində yığılan aqressiyanın harada, nə zaman çıxacağını əvvəlcədən bilmədiyimiz üçün bu cür hadisələrin də qarşısını ala bilmirik”.
Şəymən