Havada müşahidə olunan duman meteoroloji şəraitlə bağlıdır - RƏSMİ
09:37 04.07.2018
Arxiv
430
"Bakıda və Abşeron yarımadasında havada müşahidə olunan duman meteoroloji şəraitlə bağlıdır".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Milli Monitorinq Departamentlərindən "Sherg.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında uzun müddət davam edən qızmar isti hava şəraiti, eyni zamanda gecə və səhər saatlarında müşahidə olunan normadan yüksək nisbi rütubət havanın durğun keçməsinə səbəb olub.
İyulun 3-dən 4-nə keçən gecə atmosferin Yer səthinə yaxın olan qatında inversiya müşahidə olunub. Bununla yanaşı "Vaisala” avtomatik hava keyfiyyəti ötürücüsündən əldə edilən monitorinq nəticələrinə əsasən iyulun 4-də gecə saatlarında havada disperstozun miqdarı norma daxilində olub. Buna görə də havada müşahidə olunan dumanın səbəbi meteoroloji şəraitlə bağlıdır.
Belə ki, meteoroloji parametrlərdən olan nisbi rütubət isə gecə saat 02:25-dən 05:55-ə qədər 77,8-94,1 faiz intervalında dəyişib (normadan xeyli yüksək).
Havada temperaturun səhər saatlarından başlayaraq artması ilə əlaqədar nisbi rütubət azalaraq saat 9:25-də 47,3 faiz olaraq norma daxilinə düşüb.
Kənan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat