"Hazırda dünyanın bir nömrəli problemi qlobal istiləşmədir” - ETSN rəsmisi
13:52 25.07.2018
Arxiv
1047
Son illər bütün dünyanı narahat edən problemlərdən biri də qlobal istiləşmədir. Xüsusilə, bu il yay aylarında bir çox ölkələri bürüyən anomal istilər qlobal istiləşmə problemini yenidən bütün dünyanın diqqət mərkəzinə gətirdi.
Müşahidə olunan anomal istilərin səbəblərini izah edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təbliğat Şöbəsinin müdiri İsa Əliyev "Sherg.az”a açıqlamasında maraqlı məqamlara toxunub. Ekspert bildirib ki, hər bir insanın gündəlik təsərrüfat fəaliyyətində, işlərində atmosferə müxtəlif qazlar atılır:
"Nəticədə atmosferi çirkləndirən qazlar Günəşdən gələn şüaları sərbəst yerə buraxır, yerdən əks olunan şüaları isə tutub, özündə saxlayır. Ona görə, yaşadığımız planet nisbətən qızmağa bağlayır. Yerin istilik maşını Günəşdir. Planetimizə nə qədər günəş enerjisi gələrsə, onun 99 faizi kosmosa qayıdır. Müxtəlif yanacaqlardan istifadə, sənaye tullantıları, ozon qatının deşilməsi nəticəsində Yerə daxil olan enerji daxildə qalır. Hazırda dünyada demək olar, bir nömrəli problem qlobal istiləşmədir”.
Qlobal istiləşmənin qarşısını almaq, bunun fəsadlarından qorunmaq yollarını izah edən İ. Əliyev deyib ki, böyük dövlətlər ekoloji layihələr hazırlayıb, dünya birliyinə nümayiş etdirməlidir:
"Yalnız bir ölkənin addım atması ilə problem həll edilə bilməz. Bu qlobal məsələdir. Geniş meşələr salınmalı, zərərli qazların atmosferə ötürülməsinin qarşısı alınmalıdır. Xüsusilə iri ölkələr – Amerika, Rusiya, Çin, Hindistan kimi böyük dövlətlər birlikdə addım atarsa, çirklənmənin qarşısı alınar”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm