"Hazırda neftin qiyməti nəzərdə tutulduğundan artıqdır" - Əlavə vəsait gəlir
14:54 14.09.2018
Arxiv
847
"Azərbaycanın neft ixracından gələn gəlirlərinin artmas bir sıra sahələrin inkişafına şərait yaradacaq”
Bu sözləri "Sherg.az”a iqtisadçı- ekspert Fuad İbrahimov söyləyib.
Onun qənaətincə, həm ixracın, həm də ixracdan gələn gəlirin yüksəlməsi sevindirici haldır:
"Azərbaycan iqtisadiyyatı neftdən aslı olan bir ölkədir. Neftin həcmi, ixracı, gəlirləri, qiyməti artdıqca ölkəmiz daha da inkişaf edəcək. Bildiyimiz kimi 2015-2016-cı illər iqtisadiyyatımızın qaranlıq dövrü oldu. Ondan sonra bir sıra uğursuz addımların atılması, planların qurulması iqtisadiyyatmızda müəyyən büdrəmələr yaşatdı. Lakin son vaxtlar ölkədə görülən işlər və neftin qiymətinin yüksəlməsi keçmişin izlərini itirməyə başlayıb. Hazırda neftin qiyməti nəzərdə tutulduğundan artıqdır. Bu nöqteyi nəzərdən ixrac zamanı ölkəyə əlavə vəsait daxil olur. Həmin vəsaitlə də bir sıra yeni layihələr, ödəmələr həyata keçiriləcək. Həmçinin neft ixracından gələn gəlirlərin artması və xam neft ixracının da iki dəfəyə yaxın çoxalması digər sahələrin də inkişafında əhəmiyyətli rol oynayacaq”
Qeyd edək ki, Azərbaycanda xam neft ixracından gələn gəlirini 2 dəfədən çox artırıb. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 19,935 mln. ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib. Dövlət Gömrük Komitəsinə xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50,2% çoxdur. Səkkiz ay ərzində ixracın ümumi dəyəri 10 493,534 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur. Onu da xatırladaq ki, Azərbaycan neft məhsullarının ixracını 74 faiz artırıb.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol