"Hazırıq" - Pompeo İranla bağlı mühüm bəyanat verdi




ABŞ dövlət katibi Mayk Pompeo ölkəsinin ilkin şərt olmadan İranla danışıqlara hazır olduğunu bəyan edib.

RİA Novosti agentliyinin məlumatına görə, Pompeo İsveçrədə keçirdiyi brifinqdə Vaşinqtonun Tehranla danışıqlar masası arxasında müzakirələr aparmağa hazır olduğunu deyib.

Bununla yanaşı dövlət katibi qeyd edib ki, ABŞ İranın "pis niyyətli siyasəti”nə qarşı mübarizəsini davam etdirəcək.

Pompeo bildirib ki, İran özünü normal dövlət kimi aparmalı olduğu qənaətinə gəldiyi vaxt ABŞ dialoqa hazır olacaq.