Donald Tramp: “Heç bir sövdələşmə olmayıb, mən, heç Rusiya prezidentini tanımamışam”
“Heç kəs heç kəsə güvənmir”
18:55 16.07.2018
Arxiv
813
Putin: “Mən də kəşfiyatçı olmuşam və dosyelərin necə hazırlandığını bilirəm”
Donald Tramp: “Heç bir sövdələşmə olmayıb, mən, heç Rusiya prezidentini tanımamışam”
Donald Tramp: “Heç bir sövdələşmə olmayıb, mən, heç Rusiya prezidentini tanımamışam”
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin dünən Helsinkidə bir araya gəlib. Amerikalı müxaliflər və Avropa, dünya gündəminin birinci sırasında yer alan zirvəni narahatlıqla izləyib.
Ortaq mətbuat konfransında iki lider də çox məhsuldar bir danışıqlar apardıqlarını vurğulayaraq, ünsiyyətin davam edəcəyini ifadə ediblər. Təxminən 2 saat davam edən təmasdan sonra tərəflər ortaq mətbuat konfransı keçiriblər.
"Görüş açıq və işgüzar mühitdə keçdi. Bu gün həm Rusiya, həm də ABŞ digər təhlükələrlə üz-üzədir. İki nüvə nəhəngi kimi biz dünyada təhlükəsizliyin təmin olunması işində məsuliyyət daşıyırıq. Hesab edirik ki, hərbi-siyasi və silahsızlanma məsələlərində birgə işləməyə hazırıq. Biz terrora qarşı birgə mübarizənin tərəfdarıyıq. Bizim xüsusi xidmət orqanlarımız bir yerdə işləyir və çox uğurlu işləyir”.
Bunu birgə brifinqdə Rusiya prezidenti Vladimir Putin bəyan edib. O, qeyd edib ki, görüşdə regional böhranlar bağlı müzakirələr də aparılıb: "Bütün məsələlərdə mövqelərimiz üst-üstə düşmür. Lakin mövqelərimizin üst-üstə düşdüyü məsələlər də var. Rusiya və ABŞ Suriya məsələsində təşəbbüsü öz əlinə ala və qaçqınların öz doğma evlərinə qayıtmasına kömək edə bilər. Ukrayna böhranına diqqət ayırdıq. Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyi qeyd olunub. İki ölkə arasında ticarət-iqtisadi əlaqələri müzakirə etdik. Prezident Tramp Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etməsi ilə bağlı məsələni xatırlatdı. Mən bir daha qeyd etdim ki, Rusiya hökuməti heç vaxt ABŞ-da seçkilərə müdaxilə etməyib. Biz ilk tam formatlı görüşümüzdən razıyıq. Ümid edirəm ki, biz bir-birimizi daha yaxşı başa düşməyə başlamışıq”.
Tramp: "İrana imkan verməyəcəyik ki...”
"Bizim açıq və məhsuldar dialoqumuz oldu. Dialoq təkcə ABŞ üçün deyil, həm Rusiya, həm də bütün dünya üçün yaxşıdır. Bugünkü görüş uzun prosesin başlanğıcıdır”.
Bunu isə ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Tramp rusiyalı həmkarı ilə İrana təzyiq göstərilməsi məsələsini müzakirə etdiyini söyləyib: "Suriya məsələsini müzakirə etdik. Bu çox çətin məsələdir. ABŞ imkan verməyəcəyik ki, İran İŞİD-ə qarşı uğurlu kampaniyamızdan istifadə etsin”.
Tramp və Putin ABŞ-dakı seçkilərə müdaxilə haqda...
"Mənim seçki kampaniyam dövründə heç bir sövdələşmə olmayıb. Mən, heç Rusiya prezidentini tanımamışam”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp dünən rusiyalı həmkarı Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Ona ünvanlanan "ABŞ kəşfiyyatı iddia edir ki, Rusiya seçkilərə müdaxilə edib, Rusiya isə deyir ki, etməyib. Siz kimə inanırsız?” sualına cavabında Tramp hər iki tərəfə inandığını söyləyib.
Həmin suala Putin isə belə cavab verib: "Mən də kəşfiyyatda işləmişəm və dosyelərin necə hazırlandığını bilirəm. Bu məsələ ilə bağlı son qərarı operativ xidmət orqanları deyil, məhkəmələr verir”.
"Sizə kim deyib ki, Tramp mənə güvənir və ya mən Trampa güvənirəm. Heç kəs heç kəsə güvənmir. Heç güvənmək də lazım deyil. Tramp öz ölkəsinin maraqlarını müdafiə edir. Seçki kampaniyası dövründə hansısa sövdələşmənin olması haqqında məlumat yalandır. Bəli, Trampın seçki kompaniyası dövründə Rusiya ictimaiyyətində ona böyük simpatiya olub. İstəyirdim ki, Tramp seçkilərdə qələbə qazansın”.
Putin Rusiyanın əlində Trampla bağlı kompromatların olması haqqında da suala cavab verib: "Tramp Moskvaya gələndə, mən heç onun Moskvada olduğunu bilməmişəm. Trampa böyük hörmətim var. O, biznesmen kimi gəlib. Peterburq İqtisadi Forumunda yüzlərlə amerikalı biznesmen iştirak edir. Biz onların hər biri haqqında dosye toplayırıq, kompromat hazırlayırıq?.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət