Heç kim xaricə getməyəcək
09:06 06.07.2018
Arxiv
423
Millət vəkilləri istirahətlərini Azərbaycanda edəcəklər
Parlamentin yaz sessiyasi bitdikdən sonra növbədənkənar sessiya da artıq başa çatıb. Bu da deputatların istirahət vaxtının çatması deməkdir.
Millət vəkillərinin istirahəti həmişə ictimaiyyətin maraq dairəsində olduğundan "Şərq” qəzeti olaraq onların harada və necə istirahət edəcəkləri ilə bağlı sorğu keçirdik.
Deputat Fazil Mustafa istirahətini ölkəmizdə etməyi planlaşdırır:
"Xəzər dənizinin sahilindən gözəl yer tanımıram. Ona görə də kənar yerdə istirahətlə bağlı heç bir planım yoxdur. Ola bilər ki, təsadüfən xaricə gedim, amma istirahətim adi qaydada Bakıda olacaq”.
Millət vəkili, akademik Nizami Cəfərov harada istirahət edəcəyini hələ dəqiq bilmədiyini deyir:
"Əlbəttə, yay aylarında bizim də dincəlməyə ehtiyacımız var. Əvvəllər buna ehtiyac yox idi, amma indi yaş artdıqca, belə bir istirahətin lazımlı olduğunu görürəm. Harada istirahət edəcəyimi bu ayın ortalarından sonra dəqiqləşdirəcəm. Ailədə də fikirləşirlər, hara məsləhətli olsa, orada da dincələcəyik”.
Millət vəkili Aqil Abbas da istirahətini ölkəmizdə edəcəyini dedi: "Çox güman ki, istirahətimi Lerikdəki "Relaks” adlı istirahət mərkəzində edəcəm. Çox gözəl istirahət mərkəzidir, Türkiyədən heç geri qalmır, həm də qiymətləri münasibdir. Hər il ailəvi olaraq orda istirahət edirik. Ordan da digər bölgələrə gedirəm. Ola bilər ki, ölkədən də kənara çıxım. Əgər pulum çatsa, yəqin ki, xaricə də gedəcəm”.
Deputat Zahid Oruc ölkədən kənara çıxmayacağını bildirdi:
"Yaxşı istirahət etmədikdə yüksək səviyyədə çalışmaq imkanları da aşağı olur. Yayda istənilən ölkədə məmur fəaliyyətində və idarəetmənin digər sektorlarında çalışmaq insanlar üçün bir qədər çətinləşir. Düşünürəm ki, Azərbaycanın coğrafiyası istirahət üçün çox yaxşı imkanlara malikdir. Ona görə də xarici ölkəyə getməyəcəm, Azərbaycan daxilində istirahətlə bağlı planlarımız var. Müəyyən qayğılarım var, İnşallah, bunları yoluna qoyandan sonra istirahətimi edəcəm”.
Millət vəkili Elman Məmmədov xarici ölkədə istirahət etməyəcəyini dedi: "Azərbaycanı hər yerdən üstün bilirəm. Ölkəmizin görməli, gəzməli və istirahət eləməli o qədər yerləri var ki, bir ömür keçsə də, gəzib qurtara bilmirsən. Bütün məzuniyyətim boyu ancaq Azərbaycanda oluram, kənar yerə getmirəm”.
Millət vəkili Aydın Mirzəzadə və Fəzail İbrahimli də ölkəmizdə istirahət edəcəklərini bildirdi.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat