Həftə sonları “Səba”-ya neçəyə başa gəlir?
08:56 19.03.2018
Arxiv
934
"Səba” şirkəti martın sonunadək süd məhsullarının qiymətini şirkət mağazalarında endirdi. Kəskin iqlim keçidi ayında həm böyüklərə, həm də uşaqlara orqanizmin immunitet qabiliyyətini artırmaq üçün süd məmulatları vacibdir.
"Sherg.az"ın xəbərinə görə, bunu düşünən "Səba” brendin bütün süd məhsullarına nəzərəçarpan endirimlər təqdim edir. Pendir, qaymaq, xama, kəsmik, kənd qatığı kimi məhsullara 1 manatadək endirim olunur. Yalnız şirkətin "Gündəlik ərzaq malları” adlanan mağazalar şəbəkəsində 1 kq-lıq kağız (folqalı) bağlamada olan "Səba” yağı 13.95 manata təqdim edilir.
Amma bu, "Səba”-da yeganə endirim kampaniyası deyil. Paralel olaraq, hər şənbə və bazar günləri "Həftə sonu endirimlər” davam edir.
Hər şənbə-bazar 20%-dək endirim!
Mütəmadi olaraq, hər həftənin şənbə və bazar günlərində "Səba” məhsullarına 20%-dək endirim edilir.
Xüsusilə, böyük endirimlər brendin ən çox tələb olunan və digər mağazalarda təqdim edilməyən məhsul çeşidinə - çəki ilə olan məhsullara tətbiq edilir. Bu məhsullardan açıq toyuq, açıq file, toyuq içalatı, kolbasa və sosis məmulatlarını xüsusi qeyd etmək olar. Həftə sonlarında toyuq əti və tikələrində hər kiloqramda 20 qəpiyə, kolbasa və sosislərdə 1 manatadək qiymət endirimi olur.
"Səba” kərə yağının 1 kiloqramlıq bağlama qiyməti isə 13 manat 40 qəpiyə düşür
"Səxavət günləri”ndən daha səxavətli və ya Müştəri hər ay istədi, "Səba” hər həftə etdi...
" "Həftə sonu endirimlər” kampaniyasını "Səba Səxavət günləri” aksiyasını davam etdirməyimizi istəyən müştərilərin xahişi ilə başladıq. Hər ayın eyni günündə - Səxavət günü-ndə xüsusi hissə "Səba” məhsulları yarı qiymətinə təklif edilirdi. İndi təqdim etdiyimiz "Həftə sonu endirimlər” isə ay ərzində 4 dəfə - hər həftə, bütün mağazalarımızda keçirilir və demək olar ki, mağazadakı bütün məhsullarımıza şamil olunur. Buna görə də tam əminliklə deyə bilərik ki, "Həftə sonu endirimlər” "Səba Səxavət günləri”ndən daha səxavətlidir” - "Səba” şirkətindən belə bildiriblər.
"Həftə sonu endirimlər” "Səba”-ya məxsus "Gündəlik ərzaq malları” mağazalar şəbəkəsində bu ilin yanvarından keçirilir. Ölkə üzrə "Səba” mağazalarının sayını nəzərə aldıqda ("Səba” mağazalarının ünvanlarını bu linkdə http://blog.saba.az/shops görə bilərsiniz), endirimin şirkətə necə böyük məbləğə başa gəldiyini təsəvvür etmək olar. "Biz şadıq ki, "Gündəlik ərzaq malları” mağazalar şəbəkəsi artıq "Səba” şirkətinin daha bir brendinə çevrilib. "Təzə-təzə” prinsipi və doğma məhlə dükanı yaxınlığı ilə "Səba” müştərilərinin sevgisini qazanan mağazalarımız həftə sonu endirimlərlə bu sevginin qarşılıqlı olduğunu nümayiş etdirir” – "Səba”-da belə düşünürlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm