Həkimlər şokda: Bağırsağından 183 sm.lik qurdu dartaraq çıxardılar

2 ay davam edən qarın ağrılarından sonra xəstəxanaya çatdırılan 48 yaşlı adı çəkilməyən adamın qarınından çıxanlar həkimləri şok edib.
Adamın sancılarına səbəb isə 183 sm.lik bir lent olub. Hadisənin daha qorxuncu tərəfi o idi ki, həkimlər, bu uzun lenti adamın ağızından çəkərək çıxarmaq məcburiyyətində qalıblar. Aparılan ilk testlər nəticəsində adamın bağırsağında qurd müəyyən edilib. Ancaq bir az da incələndikdən sonra qurdun incə bağırsaqda qıvrıldığı aydın olub. 1 saatdan çox çəkən uğurlu əməliyyatla 183 sm.lik qurd adamın ağızından tədricən çəkilərək çıxarılıb. 48 yaşlı adama qurdun qalıqları təmizləmək üçün anti-parazit dərmanlar verilib. Əməliyyatı reallaşdıran Dr. Cyriac Phillips, bunun həyatında gördüyü ən böyük qurd olduğunu söyləyir. Donuz tenyası adı verilən qurd, az bişirilmiş donuz ətlərindən qaynaqlanır və insan mədəsini zəbt edir. Bu qurdlar həyati vacib orqanlara qədər gəzə bildiyi üçün ən təhlükə qurd növü adlanır. Bu qurdlar beyində iflicə səbəb olur, insanın həyatını risk altına alır.