Həmsədrlər noyabrın 1-də Azərbaycana səfər edəcəklər





ATƏT-in Minsk Qrupunun həmsədrləri noyabrın 1-də Azərbaycana səfər edəcəklər.
Trend bildirir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib: 
"Onlar dünən Yerevanda görüşlər keçiriblər, noyabrın 1-də Bakıya gələcəklər".

E.Məmmədyarov əlavə edib ki, 2018-ci ilin sonunadək erməni həmkarı ilə görüşmək niyyətindədir.