Həmsədrlər yenə nazirlərin görüş anonsunu verdi
07:35 10.01.2019
Arxiv
473
İndiki şərtlər daxilində Azərbaycan tərəfinin danışıqları davam etdirməkdən başqa variantı yoxdur
Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan görüşləri davam etdirmək və danışıqların dinamikasını saxlamaq barədə razılığa gəliblər. Bunu Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib. Qurum rəsmisi bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri nazirlərin yanvar ayında yenidən görüşməsini təklif ediblər: "Görüş barədə daha ətraflı məlumat razılaşma əldə olunduqdan sonra veriləcək”. Xatırladaq ki, XİN rəhbərlərinin sonuncu görüşü dekabrın 5-i Milanda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşüb.
Çox güman ki, 2019-cu il ərzində həmsədrlər bir neçə dəfə bu cür görüş təşkil etməyə çalışacaqlar. Çünki həyata keçirdikləri missiya bunu tələb edir. Ancaq söhbət ondan gedir ki, XİN rəhbərlərinin görüşünə ictimaiyyətin münasibəti birmənalı deyil. Bir qrup hesab edir ki, bu cür mənasız görüşlərin, nəticəsiz təmasların əhəmiyyəti yoxdur, ona görə də görüşə ehtiyac qalmır. Digər tərəf isə düşünür ki, belə görüşlər ən azından cəbhə xəttindəki gərginliyi azaltmaq və atəşkəsin qorunması baxımından zəruridir.
Görüş təklifi ilə bağlı fikirlərini "Şərq”ə bölüşən politoloq Sədrəddin Soltan deyib ki, rəsmilər arasında belə əlaqənin mövcudluğu müəyyən baxımdan yaxşı hal sayılsa da, Azərbaycan torpaqlarının işğaldan azad olunmasına yardım etmir:
"Ancaq indiki şərtlər daxilində Azərbaycan tərəfinin danışıqları davam etdirməkdən başqa variantı yoxdur. Rəsmi Bakı torpaqlarının dinc, danışıqlar yolu ilə həlli prinsipinə sadiq qaldığını göstərir. Bu baxımdan həmsədrlərin belə təşəbbüslərinə müsbət cavab verir. Hazırda Ermənistanda hökumət formalaşmayıb. Hakimiyyətə gəlmiş, yaxud bundan sonra gələcək olan yeni qüvvələrin münaqişənin həlli ilə bağlı yetkin planları, baxışları yoxdur.
Bu, həmin siyasi qüvvələrin təmsilçiləri və rəsmilərinin çıxışlarından, davranışından da görünür. Münaqişənin həllinə bu sayaq yanaşma isə vəziyyətin İrəvana sərfəli olduğu anlamına gəlir.
Ona görə də əgər Ermənstanda hakimiyyətə gələn yeni siyasi qüvvələr Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində addım atmazlarsa, nazirlərin görüşü sadəcə maliyyə sarıdan bədxərclik demək olacaq”.
Siyasi şərhçinin sözlərinə görə, bir sıra məqamlara yanvarın 14-dən, yəni Ermənistanın yeni parlamenti və hökuməti fəaliyyətə başlayandan sonra aydınlıq gətiriləcək: "İndiki məqamda nazirlərin təması danışıqlar xatirinə görüş sayıla bilər. Əks halda 2016-cı ilin apreli yenidən təkrarlana bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual