
Həmsədrlərin regiona səfərləri normal qəbul edilməlidir
05:58 30.05.2019
Arxiv
670
Amma Bako Saakyanla Minsk Qrupu deyil, məhz münaqişənin əsas tərəfi olan Paşinyan danışmalıdır
ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın 27-dən regionda səfərdədir. Vasitəçilər qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə birlikdə ilk olaraq Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər. Daha sonra işğal altındakı Dağlıq Qarabağa gələn həmsədrlər Xankəndində separatçı rejimin rəhbəri Bako Saakyanla görüş keçiriblər. Separatçıların başçısı ilə görüşdə cəbhə xəttindəki vəziyyət "müzakirə” edilib. Həmsədrlərin Bakıya mayın 30-da gələcəyi deyilir. Məlumdur ki, həmsədrlər dəfələrlə regiona səfər edərək münaqişə tərəfləri ilə bir araya gəliblər. Ancaq əhəmiyyət və mənasız hesab edilən səfərlər diqqət çəkmədiyi üçün medianın müzakirə mövzusuna çevrilmir. Ölkə ictimaiyyəti vasitəçilərin missiyasını lazımsız hesab edir. Xüsusən, həmsədrlərin hər dəfə qondarma rejimin "rəhbər”liyi ilə bir araya gəlməsi və nələrisə "müzakirə” etməsi həm rəsmi Bakının, həm də cəmiyyətin etirazına səbəb olur.
Ancaq həmsədrlərin növbəti səfərini "Şərq”ə şərh edən politoloq Rusif Məmmədsoy hesab edir ki, hər hansı irəliləyiş olmasa belə Minsk Qrupunun səfərləri normal qəbul edilməlidir:

"Həmsədrlər mütəmadi olaraq münaqişə ölkələri ilə görüşməlidir. Ən azından aktiv olduqlarını göstərməlidirlər. Bu mənada hansısa irəliləyiş olmasa belə onların səfərlərindən imtina etmək doğru deyil. Lakin separatçı Bako Saakyanla görüş qəbuledilməzdir. Kasprşikin bu məsələdə atdığı addımlar hamımıza məlumdur. Düşünürəm ki, Bako Saakyanla Minsk Qrupu deyil, məhz münaqişənin əsas tərəfi olan Paşinyan danışmalıdır”.
Ekspertin sözlərinə görə, vasitəçiləri mütəmadi olaraq bölgəyə gətirən digər amil isə Ermənistanın narahatlığıdır:
"Azərbaycan ordusunun cəbhə xəttində təlimləri düşməni ciddi narahat edir. Yəni Minsk Qrupu təmsilçilərinin əsas məqsədlərindən biri də məhz indiki status-kvonu qorumaqdan ibarətdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:30 18.08.2026
İnfrastruktur
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:23 18.08.2026
İnfrastruktur
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm