Hərbi dialoq gücümüzü artırır
23:19 04.12.2017
Arxiv
501
“Rusiya-Ermənistan birgə ordusuna qarşı Türkiyə-Azərbaycan birgə qoşun növünün yaradılması artıq gündəmə gəlməlidir”
Dekabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayacaq. Müdafiə Nazirliyindən verilən məlumata görə, iclasda ikitərəfli münasibətlərin cari vəziyyəti nəzərdən keçiriləcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə olunacaq. İclasın Azərbaycan tərəfindən həmsədri general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə general-leytenant Yavuz Türkgencidir.
Hərbi dialoq çərçivəsində müzakirələrə dekabrın 7-də yekun vurulacaq. Xatırladaq ki, sonuncu 9-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2016-cı ilin dekabr ayında Ankara şəhərində keçirilib. Ekspertlərin fikrincə, NATO ölkəsi olan qardaş Türkiyə ilə hərbi sahədə birgə çalışmaq, təlimlər, konfrans təşkil etmək böyük əhəmiyyət kəsb edir. Xüsusən, müharibə şəraitində olmağımız və zamanla Rusiyanın təzyiqləri ilə üzləşməyimiz fonunda qardaş ölkə ilə daha da sıx hərbi əməkdaşlıq zərurəti doğur.
Məsələ ilə bağlı "Şərq”ə danışan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib ki, Türkiyə ilə Azərbaycan arasında siyasi-hərbi əlaqələr dostluq və qardaşlıq prinsipləri üzərində qurulub. Ekspertin sözlərinə görə, rəsmi Ankara daim ölkəmizin silahlı qüvvələrinin döyüş hazırlığının artırılmasına texniki və lojistik dəstək verib:
"Hazırda müharibə şəraitində olan Azərbaycan Türkiyənin hərbi yardımlarını müxtəlif səviyyələrdə hiss edir. Türkiyə ilə bu il ərzində bir neçə birgə hərbi təlimlər keçirilib, birgə hərbi aviasiyaların uçuşları olub. NATO ölkəsi olan Türkiyənin bizə dəstəyi Ermənistanın işğalçılıq siyasətinə qarşı ordumuzun gücləndirilməsi istiqamətində mühüm tədbirlərdir. Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğun döyüş qabiliyyətinə yiyələnməsində böyük rola sahibdir. Türkiyə ordusunun Baş Qərargah generalının ölkəmizə səfəri, müxtəlif qoşun komandalarının intensiv səfərləri iki ölkə arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Güclü hərbi sənayeyə malik Türkiyənin müxtəlif artilleriya qurğularını ölkəmizə verməsi, həmçinin birgə istehsalı genişləndirməsi ordumuzun işğalçı Ermənistan üzərində əzici mövqeyini artırır”.
Siyasi şərhçi hesab edir ki, iki ölkə arasında yüksək səviyyədə hərbi dialoqun keçirilməsi Türkiyənin indiki və gələcək dəstəyinin ifadəsidir:
"Ermənistan Rusiyanın hərbi forpostu olaraq regionda deastiblizasiyaya xidmət edir. Rusiya-Ermənistan birgə ordusuna qarşı Türkiyə-Azərbaycan birgə qoşun növünün yaradılması artıq gündəmə gəlməlidir. Bu gün Azərbaycanın peşəkar ordusunun formalaşması və Ermənistan silahlı qüvvələrinin darmadağın edilməsində NATO standartları əvəzsizdir. Ona görə də Türkiyənin bizə verəcəyi dəstək məhz Rusiya-Ermənistan qarşısında güclənməyimizə xidmət edir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə