Hyustonda Respublika Günü qeyd edilib-FOTO
16:31 29.05.2021
Arxiv
488
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACİ) təşəbbüsü və təşkilatçılığı ilə Texas ştatının Hyuston şəhərində 28 may – Respublika gününün 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində Azərbaycana parlaq Zəfər qazandırmış şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Bayram tədbirində Hyustonda yaşayan Azərbaycan, Türkiyə və Pakistan icmalarının nümayəndələri, konqressmen və yerli hökumət təmsilçiləri, siyasi partiya liderləri iştirak ediblər. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə USACİ-nin prezidenti, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Samir Novruzov çıxış edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışan diaspor təşkilatının rəhbəri bildirib ki, bu il xalqımız və dünya azərbaycanlıları Respublika Gününü böyük qürur hissi ilə qarşılayır. Çünki işğaldan azad edilmiş torpaqlarımızda yenidən Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalanır.
Daha sonra çıxış edən yerli hökumət təmsilçiləri və digər icmaların nümayəndələri xalqımızı Respublika Günü münasibətilə təbrik ediblər.
Tədbir Azərbaycan musiqisindən ibarət olan konsert proqramı ilə yekunlaşıb
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat