İcra məmurları silahdan nə vaxt istifadə edə bilərlər ?
14:52 02.07.2018
Arxiv
496
"Zaman-zaman təqsirləndirilən şəxslər, onların yaxınları tərəfindən icra məmurlarına qarşı hücumlar olduğuna görə, icra məmurlarının silahdan istifadəsinə icazə verilir”.
Bunu "Sherg.az”a "İcra məmurları haqqında” qanunun 8-ci maddəsinə - İcra məmurlarının hüquqlarına dəyişiklik edilməsindən danışarkən "Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev söyləyib.
O bildirib ki, nəzəri baxımdan icra məmurlarının silahdan sui-istifadə halları mümkün ola bilər:
"Halbuki, qanunvericilikdə aydın şəkildə silahdan istifadə halları müəyyənləşdirilib. Silahın istifadəsi üçün aydın meyarlar var. Ona görə, icra məmurlarının silahdan sui-istifadə edəcəyini düşünmürəm. İndiyə qədər silahdan şəxsi məqsədlər üçün istifadə edilməsi halları cəmi bir neçə dəfə baş verib. Digər bütün hallarda silah adekvat vəziyyətlərdə, icra məmurunun həyatına təhlükə olanda, silahlı şəxslərlə, qatı cinayətkarlarla qarşılaşanda silah istifadə olunub. Qanunvericilikdə silahdan istifadənin hədləri də müəyyənləşib. Xüsusilə müvafiq bilgilərin verilməsi, məlumatlandırılmanın aparılması təmin edilməlidir.
Silahdan istifadəyə icazənin verilməsi o demək deyil ki, kim necə gəldi silah işlədə bilər. Bir müddət əvvəl bir çox vəzifə sahiblərinə silahdan istifadəyə icazə verilsə də, əksəriyyət bundan imtina etdi. Ona görə, indiki şəraitdə də Azərbaycanda silah verilən şəxslərin dairəsi məhduddur. Həmçinin, silahdan istifadə qaydaları konkret müəyyənləşdiyindən sui-istifadə hallarının baş qaldıracağı ilə bağlı heç bir narahatlıq keçirməyə ehtiyac yoxdur”.
Qeyd edək ki, dəyişikliyə əsasən qanuna probasiya xidməti icra məmurunun Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən hüquqları ilə yanaşı, aşağıdakı hüquqları vardır:
1. Fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət qurumlarına hüquqi və fiziki şəxslərə müraciət etmək, sorğular vermək və arayış almaq;
2. Üzərində probasiya nəzarəti həyata keçirilən, lakin oldğu yeri müəyyən edilməyən şəxslərin axtarılması ilə əlaqədar onların yaşayış yerlərinə daxil olmaq, orada baxış keçirmək və ehtimal olunan gizlənə biləcəyi bütün saxlama yerlərini açmaq və baxmaq;
3. Polis və təhlükəsizlik orqanlarının köməyindən istifadə etmək;
4. Qanunla nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silahı tətbiq etmək.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat