...iğtişaş törədib, polisləri qətlə yetirirlərsə, bunu xüsusi dairələr həyata keçirə bilər" - Keçmiş XİN başçısı
13:41 16.07.2018
Arxiv
1132
"Bəzi şərhçilər Gəncədə idarəetmənin lazımi səviyyədə olmadığını deyir, tənqidi fikirlər səsləndirirlər. Əslində isə doğrudan da vəziyyət belədirsə, bu, sadəcə bəhanədir”.
Bunu "Sherg.az”a Gəncə hadisələrinin pərdəarxası məqamlarını izah edərkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib. Onun sözlərinə görə, Gəncədə, digər bölgələrdə qarşıdurma yaratmaq istəyən əsas səbəbkar və ya təşkilatçı başqa dairədir:
"Təbii ki, heç bir – yaxşı yaxud pis idarəetmə bu hadisələr üçün səbəb ola bilməz. Çünki qarşıdurma yaratmaq xaricdə olan, öz geopolitik maraqlarını həyata keçirməyə çalışan bəzi dairələrin məqsədi ola bilər.
Hesab edirəm ki, kimisə adam öldürmək üçün hazırlayırlarsa, uzun müddət izləmə təşkil edilirsə, sonradan iğtişaşlar törədib, polisləri qətlə yetirirlərsə, deməli, bunu xüsusi hazırlanmış dairələr həyata keçirə bilər. Bu dairələr mövcuddur və bizə qarşı addım ata bilərlər.
Hadisələri yaxından analiz etdikdə görünür ki, hadisələrdə adı hallanan şəxslər özünü İslama, şiə ideyalarına yaxın insanlar kimi təqdim edirlər. Amma həqiqət bundan ibarətdir, yoxsa durumu xüsusilə bu cür təşkil edirlər? Belə suallar çoxdur. Düşünürəm ki, aparılan istintaq nəticəsində bütün qaranlıq məqamlara, insanları düşündürən suallara cavab tapılacaq.
Tehran- Bakı əlaqələrinin yüksək səviyyədə saxlanmasında maraqlı olan İran siyasi xadimləri Azərbaycanla əməkdaşlıq edib, münasibətlərə xələl gətirən dairələr tərəfindən törədilən cinayətə aydınlıq gətirərlər. İran da hazırda Azərbaycanla münasibətlərinin korlanmasında maraqlı deyil. Ona görə, əlaqələrin korlanmasının qarşısını almaq üçün radikal ünsürləri, təhrikçiləri ifşa etmək lazımdır”.
Qeyd edək ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək, xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edib, qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində məhv edilib. Cinayətkarın polisə silahlı müqavimət göstərdiyi, üzərində olan qumbaranı işə salmağa çalışdığı deyilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət