Məsələyə şərh verən ilahiyyatçı Hacı Atif İsmayılovun sözlərinə görə, dövlət qurumları və ya dövlət səlahiyyətli orqanlar fakültəyə qəbulun dayandırılması ilə bağlı qərar veriblərsə, deməli, dini təhsilin milli və ənənəvi dəyərlərdən kənara çıxmış bir xətlə idarə olunduğu anlaşılıb:
İlahiyyat fakültəsi niyə bağlandı?
Fazil Mustafa: “Təəssüfümü və üzüntümü bildirirəm”“Bugünkü gündə Azərbaycanda nurçu davamçılarına xidmət edən yeganə bir mənbə vardısa, onlardan da ən başlıcası ilahiyyat fakülətsi idi”
Məsələyə şərh verən ilahiyyatçı Hacı Atif İsmayılovun sözlərinə görə, dövlət qurumları və ya dövlət səlahiyyətli orqanlar fakültəyə qəbulun dayandırılması ilə bağlı qərar veriblərsə, deməli, dini təhsilin milli və ənənəvi dəyərlərdən kənara çıxmış bir xətlə idarə olunduğu anlaşılıb:
Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinə bu ildən etibarən qəbulun dayandırılacağı ilə bağlı xəbərlər yayılıb. Bütün rəsmi dairələr təkzib etsələr də, xəbər öz təsdiqini tapıb.
ğ
Türkiyənin Azərbaycandakı din hizmətləri müşaviri Kamil Günəş məsələ ilə bağlı təəssüf doğuran xəbər paylaşıb. İlahiyyat fakültəsinin önəminə diqqət çəkən K.Günəşin yazısını olduğu kimi təqdim edirik:
"Bakı Dövlət Universiteti İlahiyyat fakültəsi Türkiyə və Azərbaycan arasında qurulan bir qardaşlıq körpüsüdür. Ancaq bu il ilahiyyat sahəsində təhsil alacaq tələbələr bu fakültəyə qəbul edilməyib.
İndiyə qədər fakültədən 800-ə yaxın tələbə məzun olub. Fakültədə başda Türkiyə, Azərbaycan və Kipr olmaqla bir çox ölkədə çalışan 50-dən çox elm xadimi yetişdirib. Hazırda isə 50 nəfər magistratura və doktorantura təhsili almaqdadır. Təfsir, hədis, islam hüququ, kəlam, islam fəlsəfəsi, din sosiologiyası, din psixologiyası, təzəffüf, din tarixi və başqa sahələr üzrə mütəxəssis olan müəllim yetişdirilib.
Bu isə o deməkdir ki, bir neçə il içində sayı 100-ə çatacaq beynəlxalq səviyyəli azərbaycanlı elm xadimləri bu ölkənin qürur qaynağı və zənginliyinə çevriləcək. Bu zənginliyi yaradansa Bakı Dövlət Universiteti İlahiyyat fakültəsidir.
Bu fakültənin bir çox məzunu müxtəlif dövlət qurumlarında çalışır və hamı onların fəaliyyətini təqdir edir. Məsələn, fakültənin məzunlarından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1 sədr müavini, 5 şöbə müdiri çalışır. Bu qurumda çalışanların 70 faizi, həmçinin Naxçıvan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri fakültənin yetişdirməsidir.
BDU İlahiyyat fakültəsi Azərbaycan universitetlərinin ilahiyyat fakültələri arasında yeganə modern təhsil verən bir qurumdur.
BDU İlahiyyat fakültəsi Azərbaycan dövlətinin qanun və idarəetmə qaydalarının əsla tərsinə olmayan, dərs proqramı Azərbaycan Təhsil Nazirliyi tərəfindən təsdiqlənən, eyni zamanda Azərbaycandakı məzbəhsəl quruluşda harmoniya yaradaraq, ehtimal edilən radikalizmin qarşısına keçə bilən bir elm ocağıdır. Burada biri-birinin məzhəbinə hörmətlə yanaşmağı öyrədən azərbaycanlı mütəxəssislər doktorluq elmi adı almış müəllimlərdir.
Bu xüsusiyyətlərlə bu günə qədər uğurlu bir şəkildə fəaliyyətini davam etdirmiş, özünü sübut etmiş, Azərbaycan üçün radikal anlayışlardan və xurafələrdən uzaq, həyata sağlam düşüncəylə yanaşan, anlayışlı insanlar yetişdirməyə davam edən bir fakültədir”.
Millət vəkili Fazil Mustafa da ilahiyyat fakültəsinə qəbulun dayandırılması ilə bağlı fikirlərini bildirib. Deputat belə bir addımın atılmasına təəssüfləndiyini deyib:
"Bu yanlış addıma görə təəssüfümü və üzüntümü bildirirəm.
Çünki bu fakültənin məzunlarının hesabınadır ki, din sferasında cahillik, xurafat, bizə düşmən ölkələrin maraqlarına xidmət etmə hərəkətləri baş alıb getmir”.
Məsələyə şərh verən ilahiyyatçı Hacı Atif İsmayılovun sözlərinə görə, dövlət qurumları və ya dövlət səlahiyyətli orqanlar fakültəyə qəbulun dayandırılması ilə bağlı qərar veriblərsə, deməli, dini təhsilin milli və ənənəvi dəyərlərdən kənara çıxmış bir xətlə idarə olunduğu anlaşılıb: "İlahiyyat fakültəsi ilə bağlı bizim şəxsi düşüncəmizdən əlavə ətraf mühitin də bir çox fikirləri var. Həqiqətən ilahiyyat fakültəsində olan dini tədris yönlü, Azərbaycanın milli və mənəvi dəyərlərindən kənar olmuş, xarici qüvvələrin təsiri altına düşmüş bir tədrisin davam etməsi görünür. Məsələn, mən deyə bilərdim ki, artıq Azərbaycanda nurçuluq əqidəsinin banisləri, bu əqidəni tədris edən insanların əksəriyyəti ilahiyyat fakültəsində öz planlarını həyata keçirirdilər. Bugünkü gündə Azərbaycanda Qafqaz müsəlmanları islam mühitində sivil şəkildə Azərbaycanın milli və mənəvi dəyərləri çərçivəsində, çox adi və sadə şəkildə insanlara islamı tədris edir və bu da hər insanı seçim qarşısında qoyur. Amma ilahiyyat fakültəsində gedən tədris, eyni zamanda ora hər cümə günü toplaşan radikalizm qüvvələri - biri vahabbizm əqidəsi altında, digəri isə nurçulardır. Nurçular sivil şəkildə, amma vəhhabilər və sələfilər qorxutmaq və başqa təhdidlərlə dini tədris edirlər. Azərbaycanda qorxu və təhdidlə olunan dini radikalizm göz qarşısındadır. Bugünkü gündə Azərbaycanda nurçu davamçılarına xidmət edən yeganə bir mənbə vardısa, onlardan da ən başlıcası ilahiyyat fakülətsi idi”.
A.İsmayılov bildirib ki, ilahiyyat fakültəsində görülmüş dövlət səviyyəsində tədbirlər özbaşınalıq deyil, orda hansısa kütlənin dövlətə, xalqımıza, millətimizə təhlükəsi olduğu təqdirdə bu, gözə çarpır:
"Təbii ki, fakültənin bağlanması və ya dövlət tərəfindən nəzarətə alınması F.Mustafaya heç də sərf eləmir, amma yenə də yəqin ki, dövlətin bu barədə əlində əsaslı iddiaları var ki, ilahiyyat fakültəsinə xətm verilib. Düşünürəm ki, fakültə cəmiyyətin və gənclərin fikirlərini, zehinlərini doldurmaqdan ötrü yeganə böyük bir ünsür sayılırdı, bu baxımdan ola bilər dövlət orqanları məsələdə ciddi bir addım atıb. İlahiyyat fakültəsinin Azərbaycanda cəmiyyətə və xalqa milli-mənəvi dəyərlər çərçivəsində xidməti olsa da, bağlanması iddiasız deyil. Bu dediyim fikirlər tək mənə aid deyil, artıq cəmiyyət içərisində də bu fikir formalaşıb.
Yeganə Bayramova