İlham Əliyev: "Azərbaycan MDB ilə əməkdaşlığa böyük önəm verir" - YENİLƏNİB
11:46 12.04.2018
Arxiv
1025
Azərbaycan prezidenti İlham Əliyev MDB-dən seçkilərdə müşahidəçilər missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedevi qəbul edib.
APA-nın məlumatına görə, Sergey Lebedev seçkilərdə inamlı qələbə qazanması münasibətilə dövlət başçısına təbriklərini çatdıraraq deyib:
"Bu seçkilərin nəticələri Sizə Azərbaycan xalqının nə dərəcədə hörmət bəslədiyinin təzahürüdür. MDB İcraiyyə Komitəsinin sədri kimi əlavə etmək istərdim ki, Siz bütün Müstəqil Dövlətlər Birliyi məkanında böyük nüfuza maliksiniz”.
S. Lebedev dövlət başçısına MDB-nin fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib və İlham Əliyevin növbəti prezidentlik fəaliyyəti dövründə də Azərbaycanın bu təşkilatla fəal əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib. Rəhbərlik etdiyi missiyaya 8 dövlətdən 221 müşahidəçinin daxil olduğunu vurğulayan qonaq nümayəndə heyəti adından Azərbaycan xalqına və ölkəmizə firavanlıq və uğurlu inkişaf arzulayıb.
Xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirən prezident İlham Əliyev xeyli sayda müşahidəçinin daxil olduğu MDB müşahidəçilər missiyasının fəaliyyətinin önəmini qeyd edib. MDB ilə əlaqələrə toxunan dövlət başçısı ölkəmizin bu əməkdaşlığa böyük önəm verdiyini bildirərək qeyd edib ki, Azərbaycan tərəfi hər zaman bu təşkilatın daha da möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsini vacib hesab edir.
Prezident İlham Əliyev Sergey Lebedevin MDB-nin beynəlxalq nüfuzunun artması və inteqrasiya proseslərinin gücləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycanın MDB-nin fəal üzvü olduğunu vurğulayan dövlət başçısı bildirib ki, ölkəmiz bundan sonra da bu təşkilat çərçivəsində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi ilə bağlı əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.
***
12:46
Prezident İlham Əliyev aprelin 12-də MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi, MDB-dən seçkilərdə müşahidəçilər missiyasının rəhbəri Sergey Lebedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, bu xəbəri AzərTAC yayıb
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya