"İlham Əliyev kimi prezidenti olan ölkənin vətəndaşı hər hansı qəzadan təşvişə düşməməlidir"
13:21 05.07.2018
Arxiv
855
"Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında ən mühüm şərtlərdən biri vətəndaş həmrəyliyinin qorunub, saxlanmasıdır”.
Bunu "Sherg.az”a prezident İlham Əliyevin Mingəçevir İES-də baş verən qəzanın yaratdığı problemlərdən sonra bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkür etməsindən danışarkən millət vəkili, akademik Nizami Cəfərov söyləyib.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin bütöv olması, qarşısında duran problemləri həll etmək üçün həmişə hazır olması bizim ən böyük uğurumuzdur:
"Belə problemlər baş verdikdə xalq özünü itirmir, parçalanmır. Cəmiyyət problemin həllində öz imkanları daxilində iştirak etməyə çalışır. Çünki xalq öz gələcəyinə inanır. İlham Əliyev kimi prezidenti olan ölkənin vətəndaşı hər hansı qəzadan təşvişə düşməməlidir. Görülən işlərin uğurunu, həyat əhəmiyyətini, sosial təminatının bütünlüklə yerinə yetirildiyini görür. Dövlət başçısı da aydın şəkildə izah etdi ki, mütəşəkkillik bir gerçəklikdir.
Ötən gün keçirilən müşavirədə bütün kəskinliyi ilə məsələ qoyuldu ki, məmurlar öz işlərində diqqətli olsunlar. Qəzalar hər zaman baş verə bilər. Amma bu cür problemlərdən çıxış yolunu tapmaq, ani hadisələrə hazır olmaq lazımdır”.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində yaranan problemlə əlaqədar müşavirə keçirilib. Müşavirədə çıxış edən ölkə başçısı bildirib ki, Azərbaycan vətəndaşları Mingəçevir İES-də baş verən qəza ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərmişlər:
"Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkür edirəm. Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat