İlham Əliyev Putin və Ruhani ilə görüşəcək - DƏQİQ VAXT




Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi APA-ya bildirib ki, görüş bu il noyabrın 1-də Tehranda baş tutacaq.

M. Nəcəfi bildirib ki, görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək.
Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur.