"İlk güllə neftin qiymətini 100 dollardan yüksəyə qaldıracaq" - İran rəsmisi
11:13 02.06.2019
Arxiv
831
"Fars Körfəzində atılacaq ilk güllə neftin 1 barelinin qiymətini 100 dollardan da yüksəyə qaldıracaq".
ONA -nın Tehran bürosunun məlumatına görə, bunu İran ali dini lideri Ayətullah Xameneinin baş müşaviri və köməkçisi general Seyid Yəhya Səfəvi bəyan edib.
Y. Səfəvi deyib ki, bu, ABŞ, Avropa və ABŞ-ın Yaponiya və Cənubi Koreya kimi dostları üçün dözülməz bir qiymət olacaq. General ABŞ-ın bölgədəki 25 hərbi bazası və bu bazalardakı 20 min hərbçinin İranın raketlərinin hədəfində olduğunu da vurğulayıb: "Donald Tramp İranla hər bir müharibədə məğlub olacağını və müharibənin xərclərinin də böyük olacağını bilir. Biz hərbçilər həmişə ən pis ssenariləri görürük və müharibənin olmaması üçün müharibəyə hazır olmalıyıq. Hazırda İran Qərbi Asiya bölgəsində böyük hərbi gücdür. ABŞ İranın sürpriz və şokedici strategiyasından çəkinir".
İran ali dini liderinin köməkçisi hazırda ABŞ-la İran arasında iqtisadi və psixoloji müharibə getdiyini söyləyib: "ABŞ-ın nüvə proqramına dair Hərtərəfli Bİrgə Fəaliyyət Planından çıxması və İrana sanksiyalar tətbiq etməsi bir müharibədir. Ümid edirik ki, bu müharibədən müqavimət və milli birliklə başı uca çıxacağıq. ABŞ Qərbi Asiya bölgəsindən çıxmalıdır və hökmən çıxacaq. Bizim strategiyamız qonşu ölkələrlə düşmənçilik etməməkdir. İran qonşu ölkələrlə təcavüz etməmək haqqında saziş imzalamağa hazırdır və bunu xarici işlər naziri açıqladı. Mənim təklifim budur ki, bəzi qonşu ölkələrlə bu sazişi imzalayaq, bəzi qonşu ölkələrlə isə koalisiya yaradaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya