
"İmkan olarsa, Ərdoğanla qucaqlaşarıq" - Əkrəm İmamoğlu
18:57 18.04.2019
Arxiv
1249
"Övladlarımın mənə “İstanbul üçün nə edəcəksən?” deyə sual verməsi işimin nə qədər çətin olacağını göstərdi"

İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu YSK tərəfindən vəsiqəsini aldıqdan sonra şəhər sakinlərinə mühüm mesajlar verib. İmamoğlu hər zaman normallaşmanın və qucaqlaşmanın yanında olacağını vurğulayıb:
"Kimsə bizdən "partizanlıq” gözləməsin. Mən İstanbulu barışdırmağa gəlirəm. Bu da quru sözlə yox, əməli fəaliyyətlə mümkündür”.
"Bizdən olanlar, bizdən olmayanlar” anlayışının bitdiyi gündür”
İmamoğlu İstanbulda həllini gözləyən bir çox problemlərin olduğunu söyləyib:
"Məsləhətləşmələr və brifinqlər təşkil edəcəyik. Şəhərin hafizəsini dinləyəcəyik. Qarşılıqlı anlaşma və birgə fəaliyyət çox önəmlidir. Ortaq anlayışla bələdiyyənin bütün işçilərindən faydalanacağıq. Bu gün "Bizdən olanlar, bizdən olmayanlar” anlayışının bitdiyi gündür. Hər kəsi qucaqlayacam. Bu yanaşmanı bələdiyyə işçiləri də daxil olmaqla hamıdan gözləyirəm. Əmin olun, birlikdə işləməyimiz ölkəmiz və xalqımız üçün ən faydalı olandır. Heç kim bizdən haqsız və ədalətsiz təlimat almayacaq. Bütün addımlarımız İstanbul əhalisinin xeyrinə olacaq”.
"İstanbul üçün nə edəcəksən?”
Bir jurnalistin "Vəsiqənizi rəsmən aldınız, duyğularınız necədir” sualına Əkrəm İmamoğlu belə cavab verib:
"Həyacanlıyam, amma həyacanım ağlımın önünə heç vaxt keçməyəcək. Çünki məsuliyyətimin fərqindəyəm. Dünən axşam övladlarımla, anam-atamla qucaqlaşdım. Onların xeyir-duasını aldım. Övladlarımın mənə "İstanbul üçün nə edəcəksən?” deyə sual verməsi işimin nə qədər çətin olacağını göstərdi. Oğlum "bu binanı nə vaxt kitabxanaya çevirəcəksən?” deyə soruşdu. Digər övladım tələbələrə ediləcək güzəştlərin nədən ibarət olacağı ilə maraqlandı. Qızım isə məni öpməklə kifayətləndi”.
"Əl sıxmağa fürsətimiz olarsa, əl sıxarıq”
İmamoğlu AKP-dən təbrik telefonu alıb-almamasına "hələlik mənə təbrik gəlməyib” deyə cavab verib. "Prezident Rəcəb Tayyib Ərdoğan həftə sonlarını İstanbulda keçirir. Onu qarşılamağa gedəcəksinizmi?” sualını isə belə cavablayıb: "Protakol və məsuliyyət nəyi tələb edirsə, mütləq onu edəcəm. Bundan heç kimin şübhəsi olmasın. Əl sıxmağa fürsətimiz olarsa, əl sıxarıq. Hətta imkan olarsa qucaqlaşarıq. Danışarıq, razılaşarıq. Mən fürsətləri dəyərləndirmə məsələsində özümə güvənirəm.

"Son dərəcə radikal qərarlar alacağıq”
Bələdiyyə başqanı Məclisdə əksəriyyətin AKP-dən olması məsələsinə də münasibət bildirib: "Bu, bizim üçün problem olmamalıdır. Əksinə bu məqamı ölkə və demokratiya adına bir fürsətə çevirmək şansımız var. Əgər hamı bizim kimi saf niyyətlə 16 milyon İstanbul sakininə xidmət göstərmək arzusundadırsa, o zaman önümüzdə heç bir əngəl olmayacaq. Şəffaflıqla işimizi quracağıq, son dərəcə radikal qərarlar alacağıq. Əlbəttə, bəzi qüsurlarımız ola bilər, amma zamanla onu da tamamlayacağıq. Günün sonunda bu şəhərdə mütləq demokratiya və inkişaf qazanacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya
Avtoşluq edən sürücü həbs edildi
11:54 22.08.2026
Hadisə
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
11:42 22.08.2026
Hadisə
ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
11:35 22.08.2026
Dünya
Hindistanın xarici işlər naziri Rusiyaya səfər edəcək
11:23 22.08.2026
Dünya
Tayvan sahillərində hissedilən zəlzələ olub
11:18 22.08.2026
Dünya
Ötən gün 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb
10:37 22.08.2026
Hadisə