"İnsanlar yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər" - Elmira Axundova
11:07 16.03.2018
Arxiv
1516
"Respublikanın müxtəlif regionlarında, xüsusi ilə Abşeron yarımadasında vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda kompakt şəkildə inşa edilən yaşayış məntəqələri mövcudur".
"Sherg.az" xəbər verir ki, bu barədə parlamentin bugünkü iclasında millət vəkili Elmira Axundova bildirib.
Onun sözlərinə görə, elə ərazilər var ki, insanlar artıq 20-30 ildir orada inşa etdikləri fərdi evlərdə yaşayırlar, qanunsuz da olsa, salınmış bu yaşayış məntəqələrinin əksəriyyəti kommunikasiya xətləri ilə təchiz olunub, sakinlər rabitə xidmətlərindən, işıq, su, qaz və s. kommunal xidmətlərdən istifadə edirlər, bu xidmətlər üçün haqq ödəyirlər:
"Tikililərin bir çoxuna Bələdiyyə və İcra Hakimiyyətləri tərəfindən sənədlər verilib. Lakin kompleks yanaşma olmadığından, bu ərazilərin torpaqları hələ də rəsmi sənədlərdə "kənd təsərrüfatı təyinatlı” torpaqlar olaraq qeydiyyatdadır. O səbəbdən də insanlar 20 ildən artıqdır ki, yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər. Hökumət nümayəndələrindən xahiş edirəm ki, bu məsələ həll edilsin.
Xanım deputat yeraltı təbii sərvətlərimizin potensialının düzgün qiymətləndirməsinə də toxunub:
"Onların hasilatı və istismarı ilə bağlı qərarlar qəbul edərkən tələskənliyə yol vermək olmaz, çünki dövlətimizin maksimum faydalanmasına nail olunmalıdır.
Məsələn,"Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin istifadəsində olan dəmir filizi mədənləri ehtiyatlarının həcminə görə böyük potensiala malikdir. Son bir neçə ayda mətbuatda bu müəssisə təcili dəyər-dəyməzinə də olsa, özəlləşdiriləcəyi ilə bağlı materiallar gedib.Əvvəla, bu müəssisə ilə bağlı, bildiyimə görə dövlətimizin konkret planları var: zəngin ehtiyatlara malik dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zənciri quraraq, müəssisənin vahid, səmərəli bir klaster formasında fəaliyyətini davam etdirməsi nəzərdə tutulub. Bu da, bölgədə ən azı 1000 yeni iş yerinin açılmasına şərait yaratmalıdır.
İkincisi, belə zəngin potensiala, xammal bazasına malik müəssisəni tələm-tələsik, neçəyə olursa olsun satmaq düzgün olmazdı. Düzgün olanı odur ki, belə strateji müəssisələrin satışından həm dövlət ciddi gəlir götürməli, həm də bu özəlləşdirmə müəssisənin, eləcə də sahənin inkişafına ciddi investisiyalarla müşayət olunmalıdır. Eyni yanaşma digər belə strateji obyektlərinözəlləşdirilməsi məsələsində də öz əksini tapmalıdır.
Masallı rayonuna gəldikdə, xahiş edərdim ki, bir sıra qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmiri və yenidən qurulması məsələsinə baxasınız. Axır illər bu proses bir qədər səngiyib, halbuki qəzalı vəziyyətdə, köhnəlmiş məktəblər bizdə hələ ki kifayət qədərdir. Birdə Bakı – Astara avtomobil yolunun tezliklə istifadəyə verilməsiniarzulayardım, çünki Salyandan o yana yollar çox bərbad vəziyyətdədir. Ona görə bilmək istərdim ki, bu yol nəhayət hansı vaxtda istifadəyə veriləcək. Çünki bu problem cənubluların ən aktualproblemlərindən biridir.
Ümumilikdə Nazirlər Kabinetinin işini müsbətqiymətləndirir, hökumət nümayəndələrinin gərgin işini dəyərləndirir, onlara daha böyük uğurlar və naliyyətlər arzulayıram və hesabatın lehinə səs verəcəyimi bildirirəm".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm