İran-Azərbaycan sərhədində atışma olub, 1 nəfər tutulub – Elçin Quliyev hadisə yerində
13:43 30.11.2018
Arxiv
378
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
DSX-dən "Sherg.az" bildirilib ki, 2018-ci ilin 29 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin silahlı şəxslər tərəfindən pozulmasına hazırlıq barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin istiqamətdəki sərhəd zastavalarının xidməti gücləndirilib, zəruri qabaqlayıcı tədbirlər görülüb.
Saat 19:10 radələrində Cəlilabad rayonunun Edişə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması barədə daxil olmuş məlumat əsasında sərhəd zastavası "Silaha” komandasına qaldırılaraq hadisə yerinə hərəkət edib, nəzarət-iz zolağında İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində ayaq izləri aşkar olunub.
Sərhəd pozucularının aşkarlanması və yaxalanması məqsədilə əlavə qüvvələr cəlb olunmaqla və xüsusi texniki vasitələrin imkanlarından istifadə edilməklə təxirəsalınmaz sərhəd axtarışı tədbirləri həyata keçirilib, sərhədyanı yaşayış məntəqələri istiqamətində yollar sərhəd naryadları tərəfindən qapadılıb, qarşılıqlı əlaqədə olan hüquq-mühafizə orqanları məlumatlandırılıb.
Saat 21:25 radələrində sərhəd axtarışında olan sərhəd naryadı tərəfindən dövlət sərhədində qaraltı müşahidə edilib, həmin istiqamətdə 2 nəfər naməlum şəxsin qaçmasını aşkar edib. Sərhəd naryadının "Dayan” komandasına tabe olmayan sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı avtomat silahdan atəş açılıb, cavab atəşi ilə sərhəd pozucularından biri sərrast atəşlə ayağından yaralanaraq hadisə yerində tutulub. Digər sərhəd pozucusu hadisə yerindən qaçmağa müvəffəq olub. Hadisə yerində 1 ədəd 7,62 mm çaplı AKM-74 markalı silah, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd mobil telefon aşkar olunub. Silahlı müqavimət zamanı sərhəd naryadına qarşı 20-dən yuxarı güllə atılıb, güllələrdən biri xidməti avtomobilə dəyib, sərhədçilər arasında yaralanan və xəsarət alan olmayıb.
Yaralanmış sərhəd pozucusu Cəlilabad rayonunun mərkəzi xəstəxanasına təxliyə edilib və ona təcili tibbi yardım göstərilib. Araşdırma zamanı saxlanılmış şəxsin 1976-cı il təvəllüdlü Nəsiri Şəhzad Şekar olması müəyyən edilib. Ş.Nəsiri 20.09.2007-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhəd pozucusu qismində tutulub, narkotik qaçaqmalçılığı ilə əlaqədar törətdiyi cinayətlərə görə Azərbaycan Respublikasında azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilib, 06.04.2014-cü ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən "Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasının müvafiq dövlət orqanlarına təhvil verilib.
Ş Nəsirinin 2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində silahlı cinayətkar dəstə tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınarkən sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə çavuş Kurupov Ramazan Məmməd oğlunu yaralamış şəxs olması da müəyyən edilib.
30 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, çətin relyef və ağır hava şəraitində dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmiş sərhədçilərə minnətdarlığını bildirib, silahlı sərhəd pozucularının aşkar edilərək zərərsizləşdirilməsində fərqlənmiş hərbi qulluqçuları təltifləndirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya