"İran Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulmaq istəyir"
12:45 15.03.2018
Arxiv
1482
"Müzakirə olunur ki, İran Azərbaycan Respublikası ərazisindən keçəcək beynəlxalq layihələrə qoşula bilər”.
Bu barədə "Sherg.az”a Bakıda keçirilən Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünü şərh edərkən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib.
O söyləyib ki, İranın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə, TANAP, TAP kimi kəmərlərə qoşulması müzakirə edilir:
"Bu gün nazirlərin görüşündə bildirildi ki, İran Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulmaq istəyir. Bu, region dövlətlərinin yeni layihəsidir. Ona görə, dövlətlərin bu istiqamətdə atacağı addım bölgənin həm təhlükəsizliyinə, həm də iqtisadi inkişafına müsbət təsir göstərə bilər.
Əməkdaşlıqlar Azərbaycanın region dövlətləri üçün etibarlı tərəfdaş olduğunu göstərir. Beynəlxalq layihələrin gerçəkləşdirilməsi üçün Azərbaycanın əlverişli ölkə olduğunu təsdiqləyir”.
Qeyd edək ki, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze iştirak edir. İlk dəfə keçirilən görüşdə regional əməkdaşlıq məsələləri müzakirə olunur.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə