İran prezidentinin Moskva səfərinin pərdəarxası...
16:36 29.03.2017
Arxiv
988
"İran prezidenti Həsən Ruhani çalışır ki, Rusiya ilə münasibətlərindən regionda istifadə etsin”.
Bunu Sherg.az-a Moskvada Rusiya və İran prezidentləri arasında keçirilən görüşün nəticələrindən danışarkən politoloq Cümşüd Nuriyev deyib. O bildirib ki, İran bu addımlarla bütün Yaxın və Orta Şərqdə mövqeyini gücləndirməyə çalışır:
"Hər iki prezident bəyan etdi ki, onların 3-cü dövlətlə işi yoxdur. Bu açıqlama müəyyən şübhə doğurur. Heç kəs onlardan belə açıqlama vermələrini tələb etmirdi. Bu o deməkdir ki, onlar arasındakı görüşdə Azərbaycan müzakirə olunub. Xəzər dənizinin hüquqi statusu məsələsində də İranın mövqeyi Azərbaycanla üst-üstə düşməyibsə, deməli, İran oradan yeni təlimat alıb və ona uyğun hərəkət edəcək. İran çalışacaq ki, Xəzərin hüquqi statusu məsələsini uzatsın. Başqa məsələlərdən öncə masaya çəkilən Suriya problemidir. İsrailin Rusiya raketini vurması ilə müzakirə mövzuları sırasına bu dövlətin də adı daxil edilib. Bu addımına görə İsrailin müəyyən problemlərlə üzləşməsi mümkün ola bilər”.
İranın regionda, xüsusilə, Türkiyə ilə görünən rəqabətinin davam etdiyini diqqətə çatdıran C. Nuriyevin sözlərinə görə görüşdə hələlik məlum olmayan, gələcəkdə regionda və ya dünyada önəm daşıyacaq məsələlər müzakirə olunub:
"Çünki Xəzər hövzəsinə daxil olan dövlətlərin bir-biri ilə əlaqələri yüksəkdir. Azərbaycanın da hər iki dövlətlə münasibətləri yaxşıdır. Onların öz maraqları var, Azərbaycanın da öz maraqları Bizim maraqlarımıza toxunmasınlar, özləri aralarında problemlərini istədikləri şəkildə həll etsinlər”.
Qeyd edək ki, ötən gün baş tutan görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Sergey Şoyqu, İran tərəfdən isə xarici işlər naziri Məhəmməd Cavad Zərif, prezident administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian və İranın Rusiyadakı səfiri Mehdi Sənayi iştirak ediblər. Görüş zamanı iki ölkə arasında münasibətlər, birgə enerji layihələri və ikitərəfli əməkdaşlığın bütün spektrləri müzakirə olunub.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya