İrana qarşı yeni sanksiyalar hazırlanır
21:09 16.03.2018
Arxiv
1000
Böyük Britaniya, Fransa və Almaniya İranın nüvə proqramı ilə əlaqədar rəsmi Tehrana qarşı yeni sanksiyalar tətbiq etməyi təklif ediblər.
APA-nın məlumatına görə, bu barədə Reuters xəbər verib.
Yaxın gələcəkdə "qara siyahı”ya əlavə ediləcək şəxslər və təşkilatların adları açıqlanacaq.
Məlumatda bildirilir ki, yeni sanksiyaların tətbiqi ABŞ administrasiyası ilə razılaşdırılıb.
İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.
2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. ABŞ prezidenti bildirib ki, Ağ Ev razılaşmada yer alan nöqsanları aradan qaldırmaq üçün Konqreslə birlikdə çalışacaq. Bununla belə, Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm