İranda zəlzələ olub - YENİLƏNİB





Bu gün İranda baş verən 5,3 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı 20 nəfəri ötüb.

APA-nın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Kermanşah əyalətinin səhiyyə qurumunun təmsilçisi Maziar Təhmasebi bildirib.


Zəlzələ nəticəsində xəsarət alan 23 nəfərə ambulator yardım göstərilib.


***


saat 16.48


Bu gün İran-İraq sərhədində 5,3 maqnitudalı zəlzələ baş verib.


APA-nın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı İranın İlam şəhərindən 89 km şimal-qərbdə, Sarpol-e-Zahab şəhərindən 25 km cənubda, 10 km dərinlikdə yerləşib.


Zəlzələ Kermanşah əyalətindəki Sarpol-e-Zahab şəhərində ən azı 15 nəfər xəsarət alıb.