İranı küncə sıxışdıracaq hücum! ABŞ dəlilləri təqdim edir…




 ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) Fuceyra limanı yaxınlığında 4 ticari gəmiyə hücumun arxasında İranın olduğuna dair dəlillərin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMTTŞ) təqdim ediləcəyini söyləyib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki,  Bolton televiziya kanalına verdiyi şərhində, "Birləşmiş Ərəb Əmrlikləri sahilində gəmilərə edilən hücumların arxasında İranın olduğuna dair dəlillər BMT-yə təqdim ediləcək" deyib.

Bolton eyni zamanda ABŞ-ın İran tərəfindən hücuma məruz qalacağı halında sərt cavab verəcəklərini ifadə edərək, "Bu cür hərəkətlərin ABŞ-dan çox güclü bir cavab alacağı dəqiqdir" deyə sözlərinə əlavə edib.

Turan