“İrəli” İB nəzdində işçi qruplar yaradılır
15:08 25.06.2021
Arxiv
399
“İrəli” İctimai Birliyi tərəfindən gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində bir çox tədbirlər həyata keçirilməkdədir.
"Sherg.az"a verilən məlumata görə, belə tədbirlərin davamı kimi, ictimai birlik nəzdində mövcud pandemiya şəraitində fərqli istiqamətlər üzrə gənclərin maariflənməsi, gənclər təşkilatları və gənclər mərkəzlərinin fəaliyyətlərinin daha yaxşı təşkil edilməsi üçün müəyyən resursların formalaşması məqsədilə “işçi qruplar” yaradılır. Formalaşdırılacaq qruplar gənclərlə iş sahəsində qarşımıza çıxan problemlərin daha effektiv həlli üçün araşdırmalar edəcək, ekspert qrupu tərəfindən seçilmiş kitabların tərcüməsi, rəqəmsal alətlərdən istifadə bələdçisinin hazırlanması, gənclər üçün faydalı bloqların yaradılması, həmçinin, sosial sorğuların təşkili kimi məsələlər üzrə fəaliyyət göstərəcək.
Hər bir işçi qrupu fərqli fəaliyyət istiqamətlərinə malik olacaq. Belə ki, “Smart” qrupu təşkilat nəzdində kitabların tərcüməsi, “Dizayn” qrupu vasitəsilə isə tərcümə olunmuş kitabların və elektron materialların dizayn işi həyata keçiriləcək. Bununla yanaşı, gənclər üçün faydalı bloqların yaradılması sahəsində “Bloq” qrupunun, gənclərlə iş sahəsində yaranan problemlərin effektiv həlli üçün araşdırmaların edilməsi məqsədilə isə “Araşdırma” qrupunun fəaliyyətə başlaması nəzərdə tutulur.
Qruplarda fəaliyyət göstərmək istəyən gənclər müraciət edilən sahə üzrə bilikli, komanda ilə işləmək, araşdırma bacarığına sahib, məsuliyyətli və təşəbbüskar, həmçinin, müvafiq xarici dil biliklərinə malik olmalıdırlar.
Layihədə iştirak üçün qeydiyyat linki: http://ireli.az/working-groups-vol2/
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil