"İşə götürənlərin daha bir yükü artacaq" - AÇIQLAMA
14:35 31.10.2018
Arxiv
656
Azərbaycanda atalıq məzuniyyətinə dair qanunvericilik müddəalarına yenidən baxılması, o cümlədən ödənişli atalıq məzuniyyəti imkanının nəzərdən keçirilməsi təklif edilir. Bununla bağlı məlumat BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyatı cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd edilib. Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 2 həftə (atalıq məzuniyyəti), ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, həm kişi, həm də qadın 7 gün ödənişsiz məzuniyyətə çıxa bilər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, ailədə uşağa ana ilə bərabər, ata da baxmalıdır. Uşaqların böyüməsində qadın və kişilərin məsuliyyəti bərabər olduğu üçün kişilərə də ödənişli atalıq məzuniyyəti verilə bilər:
"Bəzən ailədə uşağın tərbiyəsi ilə daha çox ana məşğul olur. Ata isə hesab edir ki, o, ancaq ailə üçün "çörək” qazanıb gətirməlidir, bununla da işi bitir. Ancaq kişi də hiss etməlidir ki, övlad həm də onundur. Buna görə də ailədə valideynlərin uşaqlara qarşı məsuliyyəti bərabər olaraq müəyyən edilməlidir”.
Məsələyə münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov "Sherg.az”a söyləyib ki, bu, düzgün addım deyil:
" Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT Əhali Fondundan yeni qrant alıb. Əmək nazirliyinin də iştirakı ilə "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyatı cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı" adlı bir layihə hazırlayıblar. Təklif edirlər ki, Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 2 həftə atalıq məzuniyyəti ödənişli olmalıdır. Deməli, belə olacaqsa, kişilər lüzum oldu, olmadı bu hüquqdan istifadə edəcəklər. Müddəti 14 gün olduğu üçün təbii ki, pulu DSMFX yox işəgötürən ödəyəcək. Bu, işə götürənlərin axırına çıxmayana qədər belə olacaq.
Deməli, əmək müqaviləsi bağlamayan və ya işçini mülki-hüquqi əsasında işlədən sahibkarın dünya vecinə deyil. Amma kim ki, əmək müqaviləsi bağlayıb, dövlətin vergi və sosial ödəməsini düzgün ödəyir, onun daha bir yükü artacaq. Məhz bu birtərəfli yanaşmaya görə, ilbəil əmək müqavilərinin sayı azalır. Sistemdə indi 1 200 000 əmək müqaviləsi qeydiyyatdadır.
Bu ümumi işləyənlərin təxminən 25 %-dir. Sistemdə əmək müqavilələrinin sayınının nisbi artımı isə yeni əmək müqavilələrinin bağlanması hesabına deyil, faktiki əmək münasibətlərində olanların yoxlamalar vasitəsi ilə üzə çıxarılmasının nəticəsində baş verir. Bu mənada atalıq məzuniyyətlərinin ödənişli olmasını düzgün addım kimi qiymətləndirmirəm”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya