İşğaldan azad edilmiş ərazilərə keçməyə cəhd edənlərin sayı AÇIQLANDI
11:58 26.05.2021
Arxiv
349
Bu günə qədər işğaldan azad edilən ərazilərdə 16 partlayış olub ki, hər birində də ölüm faktı qeydə alınıb.
Bu sözləri “Report”un “Hüququnuz var” verilşində Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, həmin ərazilərdə tarixi abidələrin, su hövzələrinin, yaşayış binalarının, hətta meyvə ağaclarının altı belə minalanmış vəziyyətdədir:
“Bu, çox ciddi təhlükədir. Bu günə qədər 1400 nəfərdən artıq şəxs işğaldan azad edilən ərazilərə qanunsuz keçməyə cəhd edərkən saxlanılıb və barələrində inzibati tədbir görülüb.
Onların içərisində 20-dən artıq şəxs var ki, müxtəlif vaxtlarda onlar polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində məhkəmə qərarı ilə inzibati həbs tədbiri seçilib, lakin islah olunmayıb. Bəziləri isə həmin ərazilərə keçib və minaya düşərək həyatını itirib”.
E.Hacıyev onu da qeyd edib ki, biz ümid edirik ki, yaxın zamanda əhali doğma torpaqlarına qayıtsınlar:
“Dövlətimiz bu istiqamətdə əlindən gələnləri edir. Dövlət əhalinin tezliklə həmin ərazilərə sağlam şəkildə qaytarılmasında maraqlıdır. Sadəcə olaraq əhalidən bir qədər təmkinli, səbrli olmalarını istəyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ABŞ ilə sülh danışıqlarının ikinci raunduna razılaşıb
14:06 21.04.2026
Dünya
Ermənistan Prezidenti Qazaxıstana səfər edəcək
13:58 21.04.2026
Gündəm
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
13:41 21.04.2026
Aktual
Makron gələn ay Ermənistana səfər edəcək
13:34 21.04.2026
Gündəm
“5 saat masada qalan toyuq ölüm saçır” - Ekspertdən xəbərdarlıq
12:45 21.04.2026
Sağlamlıq
"Tasnim": İrandan Pakistana nümayəndə heyəti getməyib
12:19 21.04.2026
Gündəm
Zelenski: İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur
12:08 21.04.2026
Dünya
Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti iclası keçirilir
11:21 21.04.2026
Gündəm
Onlarla miqrant Gürcüstandan deportasiya edildi
11:18 21.04.2026
Gündəm
Noyer Müllerə çatdı
10:57 21.04.2026
Futbol
Babacanyan: Köçəryan və Sərkisyana seçki qadağası qoyulmalıdır
10:55 21.04.2026
Gündəm
"Fənərbağça" Vedat Muriqi ilə razılaşıb
10:51 21.04.2026
Futbol
17 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi
10:36 21.04.2026
Sağlamlıq
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
10:19 21.04.2026
İqtisadiyyat