İŞİD-ə qoşulmuş azərbaycanlıların vətənə dönmək ehtimalı azdır
20:37 01.11.2016
Arxiv
497
“Onlar ölkəmizə ancaq Ermənistan üzərindən gəlib işğal olunmuş torpaqlarımızdan keçə bilərlər”
Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü, millət vəkili Zahid Oruc bu günlərdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Bakıda terrorçulara qarşı həyata keçirdiyi uğurlu əməliyyat siqnalının Rusiyadan gəldiyini deyib: "Rusiya FTX-nin baş direktoru Aleksandr Bornikovun "əlimizdə terrorçularla bağlı sənədlər var” deməklə artıq İŞİD-in Qafqazın içində olmasına işarə edirmiş”.
Millət vəkilinin sözlərinə görə, Bakıda DTX-nin həyata keçirdiyi antiterror əməliyyatında hətta terrorçular xüsusi xidmət əməkdaşlarına qarşı odlu silahdan istifadə etməyə də cəhdlər ediblər. Buna görə də Azərbaycan həm vətəndaş və həm də xüsusi xidmət orqanları səviyyəsində bu cür təhdidlərə qarşı tam ayıq olmalıdır.
İŞİD-də döyüşən azərbaycanlılardan da danışan Z.Oruc bildirib ki, İŞİD-in ləğv olunması artıq təhlükəlidir: "Qeyri-rəsmi rəqəmə görə, İŞİD-də 40 mindən çox muzdlu döyüşür. Azərbaycan son zamanlar dini radikalizm və ekstremizmə qarşı mübarizəni gücləndirib. Amma etiraf etməliyik ki, İŞİD-ə vuruşmaq üçün qoşulan azərbaycanlılar artıq ölkə içinə sızmağa başlayıblar. Artıq ciddi təhlükə mövcuddur. Hətta bu gün İŞİD-in özünün ləğv olunması çox təhlükəlidir. Çünki İŞİD ləğv olunsa, orada döyüşənlər öz ölkələrinə qayıdacaqlar. Çünki artıq İŞİD şəbəkələşib, şəbəkələşən terror təşkilatından isə xilas olmaq çox çətindir. İŞİD-in "Qafqaz camaatı” adı altında Azərbaycana sızması milli təhlükəsizliyimizə çox böyük risk və təhdiddir.
Fransa, Belçika və digər ölkələrdə İŞİD-in həyata keçirdiyi terror aktları hələ də heç bir ölkənin terrordan sığortalanmadığını sübut edib”.
Zahid Orucun qaldırdığı məsələnin çox ciddi olduğunu vurğulayan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyevin sözlərinə görə, İŞİD-ə qoşulan azərbaycanlıların beyinləri tamamilə yuyulub. Onlar o qədər qəddarlıq, qan görüblər ki, qorxu hissini unudublar: "Müharibədə iştirak edən insanlar üçün, hər şey adiləşir. Bu, çox ciddi bir problemdir. Həm də ki, onlar ideoloji cəhətdən Azərbaycanın əleyhinə yönəldilmiş insanlardır. Əgər bir gün onlar Azərbaycana qayıtsalar, dövlətin qayda-qanunlarına da uyğunlaşa bilməyəcəklər. İŞİD-in tərkibində o qədər çapıb-talamağa, müftə pul qazanmağa öyrəşiblər ki, burada da eyni şəraiti axtaracaqlar”.
İŞİD-də döyüşən azərbaycanlıların Azərbaycana sızma ehtimalına toxunan C.Nuriyev onların hava yolu ilə ölkəyə qayıtmasının mümkün olmadığını deyib: "İŞİD-ə qoşulan azərbaycanlılar ölkəmizə ancaq Ermənistan üzərindən gəlib işğal olunmuş torpaqlarımızdan keçə bilərlər. Həmin ərazilər isə ordumuz tərəfindən qorunur. Başqa bir alternativ yol yoxdur. Onlar Suriyaya Türkiyədən getsələr də, eyni yolu qayıtmaqları çətin olacaq. Artıq sərhəd bölgəsində Türkiyə qoşunları yerləşdirilib. İran tərəfindən də ona görə gələ bilməzlər ki, İran dövlətinin özü İŞİD-i qəbul etmir. Odur ki, Azərbaycana qayıtma ehtimalları kifayət qədər az olan İŞİD-çi həmyerlilərimiz məcburən axıra qədər döyüşməli olacaqlar”.
Bunula belə analitik hesab edir ki, ən cüzi ehtimala qarşı belə Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanları qabaqlayıcı tədbirlər görməlidirlər: "Artıq hansı rayondan, hansı kənddən kimlərin İŞİD sıralarında döyüşməsinə dair məlumatlar aidiyyəti qurumlarda var. Hesab edirəm ki, həmin şəxslərin ailələri və yaxın ətrafları nəzarətə götürülməlidir. Əks təqdirdə, bunlar ciddi potensial təhlükədir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət
Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
10:45 12.10.2026
Hadisə