İsmayıllıda qəza: beton maneəyə çırpılan minik avtomobili yanıb




İsmayıllıda yanğınla müşayiət olunan yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "VAZ” markalı minik avtomobilinin yol kənarındakı beton maneəyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.